Kiberpolis kart tədürükçülərinə qarşı növbəti əməliyyat keçirdi - VİDEO
Sosial şəbəkələrdə qanunsuz olaraq təşkil edilən onlayn qumar və mərc oyunlarından əldə edilən pul vəsaitlərinin köçürülməsində istifadə olunan bank kartlarının alqı-satqısını həyata keçirən şəxslərə qarşı kiberpolis tərəfindən əməliyyat-texniki tədbirlər davam etdirilir.
Adalet.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) bu istiqamətdə keçirdiyi növbəti tədbirlər zamanı qeyd edilən qanunazidd fəaliyyətlə məşğul olan daha 8 nəfər - Dilqəm Umudov, Nurhəsən Balayev, Sərvər Məmmədov, Zaur Məmmədzadə, Atabala Qarayev, Elçin İsgəndərov, Fərid Qədirov və Coşqun Cəfərli saxlanılıblar.
Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər bank kartlarını ayrı-ayrı vətəndaşlara ödənişlər edərək alıblar. Daha sonra həmin kartlar cinayət əməllərində istifadə edilməsi məqsədi ilə əsəsən “telegram” sosial şəbəkəsində ölkə xaricindən idarə olunan qanunsuz onlayn qumar təşkil edən şəxslərə satılıb. Əməliyyat zamanı saxlanılan şəxslərin əldə etdikləri yüzlərlə bank kartının bu və digər kibercinayətlərdə istifadə edildiyi aşkarlanıb.
Faktlarla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.
Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, əgər bank kartınızdan qeyri-leqal məqsədlər üçün istifadə edildiyini müəyyən etmisinizsə, hesabınıza mənbəyi şübhəli olan pul vəsaitləri köçürülübsə və ya sizə ödəniş müqabilində kart məlumatlarınızı satmaq təklif edilirsə, bu barədə dərhal polis orqanlarına məlumat verməyiniz tövsiyə olunur.
Digər Xəbərlər
27 Noyabr 2025 13:51
4 marketdən 10 min manatlıq oğurluq edən şəxs saxlanıldı
27 Noyabr 2025 10:51
DİN BNMİ-dən əməliyyat - 62 kq narkotik vasitə dövriyyədən çıxarıldı - VİDEO
27 Noyabr 2025 09:57
Sumqayıtda üç ədəd ov tüfəngi tapılıb
26 Noyabr 2025 16:46
Əlilliyi olan şəxsi dilənçiliyə sövq etdi - Tutuldu
26 Noyabr 2025 15:07
Bərdədə narkotikin təsiri altında avtomobil sürən şəxs saxlanılıb
26 Noyabr 2025 13:05
Bakıda turistin pulunu oğurlayan şəxs saxlanıldı
26 Noyabr 2025 12:48
Binəqədidə marketdə bıçaqla quldurluq edən şəxslər saxlanıldı - VİDEO
26 Noyabr 2025 11:23


Bakı -°C

