Şarmazanovun korazehin müqayisəsi:"Azərbaycan artsaxın bayrağnı..."
jpg-1745485373.jpg)
Xəbər vermişdik ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gecə İrəvanda keçirilən məşəl yürüşü zamanı Türkiyə və Azərbaycan bayraqlarının yandırılmasını pisləyib və bunu təxribat adlandırıb. Bəzi revanşist ermənilər baş nazirin bu fikrinə etiraz ediblər.
Adalet.az xəbər verir ki,"Respublika" Partiyasının üzvü Eduard Şarmazanov növbəti dəfə ağılsızlığını, tərbiyəsizliyini , məntiqsizliyini və nəhayət korazehin olduğunu nümayiş etdirib. O, öz Facebook səhifəsində məsələ ilə bağlı paylaşım edib. Paylaşımında Paşinyanın açıqlamasına hədsiz qəzəblənən Şarmazanov "Nikol Əliyevin Artsax bayrağını tapdalamasını qınamır, lakin o, erməni gəncləri tərəfindən Azərbaycan bayrağının yandırılmasını pisləyir " ittihamını qeyd edib: “Yəni, qonşu ölkənin bayrağını yandırmaq təxribatdırmı?
Bayrağın yandırılması ilə bağlı müxtəlif fikirlər ola bilər, amma aprelin 24-də Nikol üçün önəmli olan Azərbaycanın Artsaxı işğal etməsi, Ermənistanın 240 kvadrat kilometr ərazisini ələ keçirməsi, gecələr dinc yaşayış məntəqələrini atəşə tutması, Türkiyənin inkar siyasəti deyil, Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını təxribat adlandırmasıdır.
Azərbaycanın soyqırım siyasəti nəticəsində ümumilikdə 140.000 Artsax ermənisi məcburi köçkünə çevrildi, niyə bu haqda danışmırsınız?
Azərbaycan Artsaxda erməni irsini ləkələyir, niyə bu haqda danışmırsınız?
Ona görə ki, Əliyevdən qorxursunuz”, - deyə fikirlərini yekunlaşdırıb.
P.S.İndi biri bu korazehin, ədavət xislətli, bərbad məntiqli Şarmazanova xatırlatsın ki, əvvəla 1918-ci ildə dünyada Azərbaycan Demokratik Respublikası kimi tanınan, ta qədimdən dövlətçilik ənənələrinə malik Azərbaycan dövləti ilə, 1990-94-cü ildə terror qruplarının və Ermənistan ordusunun güü ilə Azərbaycan ərazisini işğal edib oranı respublika elan etməklə qurduğunu , və özünüzdən başqa kimsənin tanımadığı qondarma rejimi bir tutmaq nə ağıla, nə də məntiqə sığmaz. 2-cisi isə Azərbaycan ərazilərini terrorçu və silahlı separatçılardan təmizləyərkən orda məskunlaşmış ermənilərə Qarabağda qalıb yaşamağı, Azərbaycan vətəndaşlığı almağı təklif etmişdi. Ermənilərin Qarabağı təcili tərk etməsi o demək idi ki, onların hər birinin əli Azərbaycan vətəndaşının qanına batıb. Sabah o gerçeklərin üstü açılarsa, ittiham olunacağını düşünərək Qarabağdan qaçdılar.
Əgər Azərbaycan onları - Şarmazanovun sözü ilə desək 140.000 Artsax ermənisini soyqırım etsəydi, bunu dünya duymuş və görmüş olardı. Texnikanın inkişaf etdiyi bir dövrdə belə bir faktı gizlətmək mümkündürmü? Xeyir! Hətt 30 illik Qarabağı işğal etdiyinizdə sizin arxanızda duran hegemon dövlətlərin, hegemon təşkilatların gözü qarşısında bu qondardığınız "soyqırım" faktı bir absurd olaraq təsdiqləndi. Şarmazanov kimi dəllallar özünü siyasətçi bildiyi, işğalçı ilə, işğalı dəf edəni bir-birindən ayırmağı bacarmayan var olduqca erməni məsələsi: erməni nifrəti, ədavəti, təxribatı, faciəsi qaçılmaz olacaq.
Əntiqə Rəşid
Digər Xəbərlər

Hərbçilərimiz “KURTARAN-2025” təlimlərinə qatılacaq

Əvəz Zeynallının xəstəliyə ilə bağlı iş tibbi şəhadətləndirilməyə göndərilib

Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində - FOTOLAR
