Saxlanılan əcnəbilər pul baratları göndərə və qəbul edə biləcək
Saxlanma Mərkəzində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən bağlama, sovqat, banderol, pul baratlarının alınması və ya göndərilməsi qaydası müəyyən edilir.
Adalet.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər say məhdudiyyəti olmadan iş günlərində bağlama, sovqat və banderol almaq və ya göndərmək, həmçinin şəxsi hesabları vasitəsilə pul baratları almaq və ya göndərmək hüququna malikdirlər.
Mərkəzdə saxlanılan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə qadağan olunmuş əşyaların ötürülməsinin qarşısını almaq məqsədilə sovqata onu gətirmiş şəxsin, bağlama və banderollara isə Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə Mərkəz işçisi tərəfindən baxış keçirilir.
Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin adına göndərilən bağlama və banderollarda, gətirilən sovqatlarda qadağan olunmuş əşyalar aşkar edildikdə, həmin əşyalar tərtib edilmiş axtarış protokolunda müvafiq qeydlər aparılmaqla götürülür və Mərkəzin anbarına təhvil verilir, yaxud Mərkəz rəisinin əsaslandırılmış qərarına əsasən məhv edilir. Protokol və əşyanın məhv edildiyi halda, Mərkəz rəisinin qərarı əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsi işinə əlavə olunur.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq I oxunuşda qəbul edilib.
Digər Xəbərlər
22 Yanvar 2026 11:44
“Azərbaycanın bu platformada təmsil olunması ölkənin strateji maraqları baxımından...”
21 Yanvar 2026 17:27
Azərbaycan Britaniyadan qızıl tədarükünü artırdı
21 Yanvar 2026 17:23
Şaxtavurmaya görə fermerlərə nə qədər ödəniş edilib?
21 Yanvar 2026 14:49
Azad edilmiş ərazilərdə yaşayan əhalinin sayı açıqlandı
21 Yanvar 2026 14:48
"Bu dəyişiklik vətəndaşların pensiya məbləğini artırardı" - Deputat
21 Yanvar 2026 14:48
Yaşa görə pensiyanın orta aylıq məbləği 53 manat artırılacaq
21 Yanvar 2026 11:20
“Avropadan Azərbaycana investisiya marağı gözlənilən səviyyədə deyil”
21 Yanvar 2026 10:38


Bakı -°C

