“Saxta xəbər və dezinformasiyaya qarşı mübarizədə jurnalistikanın gücü” mövzusunda təlim keçirilib - FOTOLAR
10 iyun tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Medianın İnkişafı Agentliyində “Saxta xəbər və dezinformasiyaya qarşı mübarizədə jurnalistikanın gücü” mövzusunda təlim təşkil olunub.
Adalet.az xəbər verir ki, təlim Birləşmiş Millətlər Təşkilatının Nyu-York şəhərindəki Baş Qərargahında akkreditə olunmuş, BMT Müxbirlər Assosiasiyasının üzvü olan jurnalistlər – Stefano Vakkara və Cordan Dakamseh tərəfindən aparılıb.
30 illik jurnalist təcrübəsinə malik, İtaliya xəbər agentliyi “İtalpress”in ABŞ-dəki müxbiri Stefano Vakkara “Faktlar unudularsa, jurnalistika öz mahiyyətini qoruyurmu?” mövzusunda təqdimatla çıxış edib.
Uzun illər BMT-nin müxtəlif missiyalarında ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis kimi çalışan, “Jordan Report Media and Entertainment” şirkətinin prezidenti Cordan Dakamseh isə “Necə nüfuzlu jurnalist olmaq olar?” və “Misinformasiyanın qarşısının alınması üçün sosial mediadan istifadə” mövzularında fikirlərini iştirakçılarla bölüşüb.
Təlim zamanı etibarlı və araşdırmaya əsaslanan jurnalistikanın cəmiyyət üçün niyə vacib olduğu vurğulanıb, faktların yoxlanılması (fact-checking) mədəniyyətinin təşviqi, media savadlılığının artırılmasında jurnalistlərin rolu, sosial mediada və peşəkar platformalarda jurnalistin öz etibarlı imicini yaratmasına dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, təlimdə 20 nəfərə yaxın ingilis dilli media nümayəndəsi iştirak edib.
Digər Xəbərlər
14 Aprel 2026 19:42
Medianın İnkişafı Agentliyində Monqolustan nümayəndə heyəti ilə görüş keçirilib
10 Aprel 2026 16:00
MEDİA sosial şəbəkədə Azərbaycandan Körfəz ölkələrinə raket atılması iddialarını təkzib etdi
08 Aprel 2026 12:53
MEDİA-da Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib - FOTOLAR
07 Aprel 2026 13:32
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
06 Aprel 2026 16:39
Faiq Qismətoğlu milli mətbuatın 150 illik medalını aldı
31 Mart 2026 15:15
Xarici media subyektlərinin filialının qeydiyyatına dair tələb müəyyənləşdi
30 Mart 2026 18:24
MEDİA nümayəndələri Türkiyədə Dezinformasiya ilə Mübarizə Mərkəzini ziyarət ediblər
28 Mart 2026 13:04


Bakı -°C

