Medianın İnkişafı Agentliyində Monqolustan nümayəndə heyəti ilə görüş keçirilib
14 aprel tarixində Medianın İnkişafı Agentliyində Monqolustandan olan media nümayəndələri ilə görüş keçirilib.
Adalet.az xəbər verir ki, görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli qonaqlara Agentliyin əsas fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və qarşıya qoyulan prioritetlər barədə məlumat verib. O, jurnalistlərin peşəkar inkişafının dəstəklənməsi, media savadlılığının artırılması və müasir çağırışlara uyğun media mühitinin formalaşdırılması istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb.
Monqolustandan olan nümayəndə heyəti isə media subyektləri arasında təcrübə mübadiləsinin genişləndirilməsinin, tərəfdaşlıq əlaqələrinin təşviqi və birgə media layihələrinin həyata keçirilməsinin vacibliyini qeyd edib, bu məqsədlə qarşılıqlı səfərlərin və görüşlərin təşkili, həmçinin mediaturların keçirilməsinin əməkdaşlığın inkişafına töhfə verəcəyini bildirib.
Görüş zamanı informasiya mübadiləsinin gücləndirilməsi və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
20 Iyun 2026 15:07
“Şişirdilmiş başlıqlarla süni ajiotaj yaratmaq qəbuledilməzdir”
19 Iyun 2026 13:25
Jurnalist vəsiqəsi pulsuz veriləcək
19 Iyun 2026 12:38
Azərbaycanda Media və Yayım Şurası yaradılır
17 Iyun 2026 13:48
MEDİA və İsƏT Xəbər Agentlikləri Birliyi əməkdaşlıq perspektivlərini müzakirə etdi - FOTOLAR
16 Iyun 2026 12:01
"Media yeni çağırışlara daha çevik reaksiya verəcək" - Natiq Məmmədli
16 Iyun 2026 11:36
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edilir
16 Iyun 2026 10:08
Medianın İnkişafı Agentliyi və Audiovizual Şura birləşdirilir
12 Iyun 2026 14:31


Bakı -°C

