adalet.az header logo
  • Bakı -°C
23 Fevral 2026 12:31
107
ŞOU-BİZNES
A- A+

Şəbnəm Tovuzlu: “Onun dəstəyinə ehtiyacım yoxdur”

Bir müddət öncə həmkarı Şəbnəm Tovuzlu ilə qalmaqal yaşayan Nüşabə Musayeva onunla artıq dost olmadığını söyləyib.

Mövzu ilə bağlı Adalet.az-a danışan Şəbnəm Tovuzlu ona qarşı heç bir səhv etmədiyini bildirib:

“Bilmirəm o xanım niyə belə deyir. Axı ona qarşı səhv addım atmamışam. Əgər işlərimin çoxluğundan kiməsə vaxt ayıra bilmirəmsə, o deməkdir ki, pis adamam? Bu nə düşüncədir? Birdə hər münasibətim olan adamla hər gün danışmalıyam? Mənim sənətim var, mən sənətimlə yüksəlmişəm. Mənim onun dəstəyinə heç vaxt ehtiyacım olmayıb.
Onun bu mənasız danışıqlarına cavab vermirəm. Düşünürəm ki, heç buna gərək də yoxdur”.

Əntiqə Kərimzadə