Şəbnəm Tovuzlu: “Zəhmətkeş olmağım hər kəsə bəllidir”
Həmişə şəxsi həyatı ilə gündəm olan müğənni Şəbnəm Tovuzlu bu dəfə də diqqət çəkib.
Adalet.az bildirir ki, müğənni arıqlamağında heç bir tibbi müdaxilənin olmamasını söyləyib:
“Həmişə deyirəm ki, heç kəsin qazancını saymayın. Dünyada ən çirkin əməl budur. Axı insanlar onu zəhmətlə qazanırlar. Bəzən o pulu qazanmaq üçün sağlamlığımızı da qurban veririk. Bunu heç kəs görmür, ancaq pullar müzakirə olunur. İnsan gözütox olmalıdır. Bu sözləri ən birinci özümə aid edirəm. Axı insan birinci özün tərbiyələndirməlidir.
Mənim zəhmətkeş olmağım hər kəsə bəllidir. Son vaxtlar mənə çox sual verirlər ki, niyə arıqlamısan? Əməliyyat etdirmisən? Deyirəm ki, öz iradəmlə arıqlamışam. Kənardan işimiz asan görünə bilər, ancaq heç nə göründüyü kimi deyil. Həyatın çətin tərəfləri daha çoxdur”.
Əntiqə
Digər Xəbərlər
07 Oktyabr 2026 11:50
Aşıq Zülfiyyə: “Adi zarafata görə pis sözlər yazırlar”
07 Oktyabr 2026 07:44
Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü
06 Oktyabr 2026 21:01
Tacir Şahmalıoğlu xəstəliyini AÇIQLADI - VİDEO
06 Oktyabr 2026 14:11


Bakı -°C

