Səfir: Türkiyə-Ermənistan sərhədi bu halda açılacaq
Türkiyə-Ermənistan sərhədi də açıla bilər.
Adalet.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Birol Akgün bildirib.
Səfir qeyd edib ki, Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan normallaşma proseslərinə bütöv baxmaq lazımdır: “İki normallaşma prosesi bir-birinə paralel aparılır. Türkiyə-Ermənistan normallaşma prosesi ilə əlaqədar 2022-ci ildə xüsusi nümayəndələr təyin edilib. Məlumdur ki, Azərbaycan torpaqlanın işğalı ilə əlaqədar 1993-cü ildən Türkiyənin Ermənistanla sərhədi bağlıdır. Ermənistan dənizə çıxışı olmayan ölkədir, bu vəziyyətdən ən çox əziyyət çəkən erməni xalqıdır. Ermənistan şərqdən və qərbdən Azərbaycan və Türkiyə ilə həmsərhəddir və bu sərhədlər bağlıdır. Hamı bu sülhdən qazanacaq, amma daha çox Ermənistan fayda götürəcək. Biz normallaşma prosesinin sürətlənməsini istəyirik. Davamlı sülh anlaşması imzalanarsa və yaxud paraflanarsa, Zəngəzur Dəhlizi ilə bağlı şərtlər təmin olunarsa, uyğun vaxtda Ankara və Bakının məsləhətləşmələri nəticəsində Türkiyə-Ermənistan sərhədi də açıla bilər. Bu normallaşma prosesinin necə inkişaf etməsindən asılı olacaq”.
Digər Xəbərlər
13 Aprel 2026 16:54
Kamran Əliyev Çində rəsmi səfərdədir
13 Aprel 2026 12:00
“Macarıstanda güclü seçki institutu var və əhali ona etimad göstərir”
13 Aprel 2026 11:13
“ABŞ İranın ideoloji siyasi sistemini nəinki qorumaqda hətta daha da radikallaşdırmaqda...”
13 Aprel 2026 10:48
“Karapetyanın hakimiyyətə gəlişi yaxşı heç nə vəd etmir...” – Politoloq
13 Aprel 2026 10:23
“Bu, Vaşinqtonun Çin qarşısında strateji zəifləməsinə gətirib çıxarır”
12 Aprel 2026 16:30
Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi
11 Aprel 2026 15:00
Hikmət Hacıyev Ermənistan nümayəndələri ilə görüşdü - FOTOLAR
11 Aprel 2026 12:04


Bakı -°C

