ŞƏHİD ANASININ GİLEY-GÜZARI
Aqil Abbas Ağcabədi rayonunun Sarıcalı kəndində Qarabağ müharibəsində şəhid olmuş Habil Baxışovun 94 yaşlı anası Reyhan Baxışovanı evində ziyarət etmişdir.
Həyat yoldaşını vaxtsız itirən Reyhan xanım 8 uşağı necə əzab-əziyyətlə böyütdüyündən danışmış və qeyd etmişdir ki, onların heç bir maddi ehtiyacı yoxdur. Amma onu da xüsusilə vurğulamışdır ki, oğlu Habil şəhid olandan sonra gəlib onların mənzil şəraiti ilə maraqlandılar və mənzil şəraitinin ağır olduğunu söyləyərək şəhid ailəsinə yeni ev tikəcəklərini bildirdilər. Və yeni tikiləcək ev üçün həyətdəki ağacları da kəsdilər. Aradan uzun müddət keçməsinə baxmayaraq, nə ev tikən oldu, nə də sonradan onlarla maraqlanan.
Millət vəkili söz verdi ki, bu problemi araşdıracaq və yeni evin tikilməsi üçün aidiyyatı təşkilatlar qarşısında məsələ qaldıracaq. Reyhan xanım demişdir:
- Oğlum Habil canını Vətən yolunda qurban verəndə fikirləşməmişdi ki, hökumət gəlib bizə ev tikəcək. Heç biz də belə bir şey fikirləşməmişdik. Amma gəldilər, evimizi pis vəziyyətdə görəndən sonra özləri dedi ki, sizə yeni ev tikəcəyik. Məni yandıran evin tikilməməsi deyil, məni yandıran dövlət məmurlarının yalan danışmasıdır.
Digər Xəbərlər
05 Dekabr 2025 14:27
"Qaçqınkom" Qaradağdakı yanğınla bağlı məlumat yaydı
05 Dekabr 2025 14:06
İstanbulda televiziya aparıcıları saxlanıldı
05 Dekabr 2025 12:26
Hərbi xidmətə çağırılan dövlət qulluqçuları üçün ŞAD XƏBƏR
05 Dekabr 2025 11:59
Azərbaycanda bu şəxslər 30 min manat cərimələnəcək
05 Dekabr 2025 11:11
Azərbaycanda bu şəxslər 2 ilədək həbs ediləcək
05 Dekabr 2025 10:46
"ADY-nin fəaliyyəti yenidən formalaşdırılır" - Rövşən Rüstəmov
05 Dekabr 2025 09:10
Ramiz Mehdiyev və onun çevrəsinə qurtuluş yoxdur
04 Dekabr 2025 22:11


Bakı -°C

