Polis Akademiyasında təcrübəyönümlü tədris metodikası tətbiq olunur
Polis Akademiyasında kursantların peşə hazırlığının təkmilləşdirilməsi məqsədilə müxtəlif sahələr üzrə ixtisaslaşmış mütəxəssislər tədris prosesinə cəlb olunaraq öz bilik və təcrübələrini bölüşüblər.
Adalet.az xəbər verir ki, bu təşəbbüsün əsas məqsədi kursantların nəzəri biliklərini real peşə fəaliyyəti ilə əlaqələndirmələrinə, müxtəlif hüquqi və praktiki məsələlər barədə daha ətraflı məlumat əldə etmələrinə şərait yaratmaqdır.
Müxtəlif fənlər üzrə təşkil olunan interaktiv dərslərdə qonaq qismində Slavyan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor Şirxan Səlimov “Cənubi Azərbaycan XIX əsrin 30-cu illəri – XX əsrin əvvəllərində”, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Samir İsayev “Cinayətdə iştirakçılıq”, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aparıcı eksperti Samir Qədirov isə “Məhkəmə-ballistik, məhkəmə-partlayış, texniki, soyuq və digər növ silah ekspertizası” mövzularında mühazirələrlə çıxış ediblər.
Mühazirələr zamanı mütəxəssislər mövzular üzrə nəzəri bilikləri peşə fəaliyyətləri zamanı qarşılaşdıqları praktiki hallar və real nümunələrlə zənginləşdirərək kursantların diqqətinə çatdırıblar. Aparılan müzakirələr və verilən izahlar mövzuların daha dərindən mənimsənilməsinə, nəzəri biliklərin praktiki baxımdan möhkəmləndirilməsinə töhfə verib.
Digər Xəbərlər
13 Noyabr 2026 18:00
Baş nazirdən universitetlərlə bağlı qərar
13 Noyabr 2026 16:56
Hava soyuyur - XƏBƏRDARLIQ - YENİLƏNİB
13 Noyabr 2026 16:23
Vitse spikerdən təklif: Muzeylərə kondisioner qoyula bilər
13 Noyabr 2026 14:01
Bu şəxslərin maaşının artırılması təklif olunur
13 Noyabr 2026 13:47
"Gənclərin ailə qurmağa marağı azalır" - Deputat
13 Noyabr 2026 12:17
"2030-cu ilə qədər ümumi təhsildə infrastruktur problemimiz qalmayacaq" - Nazir müavini
13 Noyabr 2026 12:14
"Bu ərazilərdə özəl sektorun inkişafı üçün geniş güzəştlər tətbiq olunur" - Nazir müavini
13 Noyabr 2026 10:43


Bakı -°C

