Şəhid atası VƏFAT ETDİ
Vətən müharibəsi şəhidi Fariz Hüseynlinin atası Dadaş Hüseynov 62 yaşında vəfat edib.
Adalet.az Oxu.az-a istinadən xəbər verir ki, şəhid atası uzunsürən xəstəlikdən dünyasını dəyişib.
Mərhum oğlunun dəfn edildiyi Əsgərabad kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Vətən müharibəsi şəhidi, əsgər Fariz Hüseynli 1994-cü ildə Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olub.
O, Tərtərin Talış kəndi, Laçın və Füzuli rayonları istiqamətində döyüşüb. Ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.
Ailəli olub. Vətənə yadigar iki övladı var.
Digər Xəbərlər
01 Iyul 2024 16:58
Ucarda ağır qəza: Ölən və yaralananlar var - YENİLƏNİB
01 Iyul 2024 12:41Gömrük Komitəsinin əməkdaşlarının qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
01 Iyul 2024 11:11Ordumuzun zabiti VƏFAT ETDİ
29 Iyun 2024 21:32FHN-nin qüvvələri Hacıqabulda su basmış ərazilərə cəlb olunub - VİDEO + FOTO
29 Iyun 2024 12:47