Ölkə ərazisində icazəsiz yaşayan 25 əcnəbi saxlanıldı - VİDEO
![](https://adalet.az/uploads/img/posts/2024/06/28/24jpg-1719567628.jpg)
Bakı şəhərində müxtəlif ünvanlarda ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan əcnəbilərə qarşı DİN-in BPQMİ-nin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Nəticədə müxtəlif ölkələrin vətəndaşı olan daha 25 nəfər qeyd edilən qanun pozuntusuna yol verdikləri üçün saxlanılıblar.
DİN-dən Adalet.az-a bildirilib ki, araşdırma zamanı həmin əcnəbilərin pul müqabilində guya ölkəmizdən tranzit kimi istifadə olunmaqla qeyri-leqal yollarla Avropa ölkələrinə keçidinin təmin ediləcəyi vədi ilə dələduzluğa məruz qalmaları müəyyən edilib. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib.
Qeyd edək ki, DİN-in BPQMİ-nin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2024-cü ilin əvvəlindən keçirilən tədbirlərlə ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan 127 əcnəbi vətəndaş müəyyən edilib və barələrində müvafiq tədbirlər görülüb.
Digər Xəbərlər
![](https://adalet.az/uploads/img/posts/2024/06/29/5jpg-1719682389.jpg)
FHN-nin qüvvələri Hacıqabulda su basmış ərazilərə cəlb olunub - VİDEO + FOTO
![](https://adalet.az/uploads/img/posts/2024/06/29/14jpg-1719650872.jpg)
Sabah Bakıya yağış yağacaq
![](https://adalet.az/uploads/img/posts/2024/06/29/10jpeg-1719650011.jpeg)
Benzinlə dolu qabı yandırıb insanların üstünə atdı - Gəncədə qorxunc hadisə
![](https://adalet.az/uploads/img/posts/2024/06/29/9jpeg-1719646901.jpeg)