27 Iyun 2024 18:40
330
HADİSƏ

Kürdəmirdə göldə bir nəfər batdı

Kürdəmir rayonunun Təklə kəndində göldə bir nəfər batıb.

Bu barədə Adalet.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə rayonun Təklə kəndində göldə bir nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Hazırda axtarış işləri həyata keçirilir.