Şəhidimiz Naxçıvanda dəfn edildi - FOTO + YENİLƏNİB
Mayın 16-da Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Sədərək rayonunun Dəmirçi kəndindən olan Məmmədov Muxtar Bayram oğlunun nəşi doğulduğu kəndə gətirilib.
Adalet.az xəbər verir ki, doğulduğu evdə şəhidlə ailə üzvlərinin vida mərasimi keçirilib.
Sonra şəhidin nəşi Şərur şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Mərasim zamanı "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı səsləndirilib, "Qurani-Kərimdən" ayələr və Dövlət Himni oxunub, havaya yaylım atəşi açılıb.
Nəşin üzərinə örtülmüş üçrəngli Azərbaycan Bayrağı şəhidin qardaşına təqdim olunub.
Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, qazilər, icra hakimiyyətinin əməkdaşları, hökumət, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
09:11
1994-cü ildə Birinci Qarabağ müharibəsində şəhid olmuş, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Dəmirçi kənd sakini Məmmədov Muxtar Bayram oğlunun nəşi işğaldan azad edilmiş ərazilərdə tapılaraq, mayın 16-da Naxçıvana gətirilib.
Adalet.az xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında şəhidin qarşılanma mərasimi olub. Mərasimdə dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, qazilər, şəhid ailələri və media nümayəndələri iştirak ediblər.
Şəhidin üçrəngli Azərbaycan bayrağına bükülmüş cənazəsi hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib. Tədbir iştirakçıları şəhidin xatirəsini dərin ehtiramla yad ediblər.
Mərasimdə yaylım atəşi açılıb, “Qurani-Kərim”dən ayələr oxunub və şəhidin cənazəsinin önündən keçilib.
Şəhidlə doğulduğu Sədərək rayonunun Dəmirçi kəndində vida mərasimi keçirildikdən sonra Şərur şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Digər Xəbərlər
01 May 2026 18:51
Polis bayrağa hörmətsizlik edən şəxsi saxladı
01 May 2026 15:05
Partlayışda yaralanan həkim vəfat etdi
01 May 2026 13:03
Biləsuvarda 205 kq qanunsuz at satışının qarşısı alındı
01 May 2026 09:39
"Aktau qəzası"nın istintaqı Qazaxıstanda davam edir
30 Aprel 2026 19:40
Onkologiya Mərkəzindəki partlayışı həkimi öldürmək istəyən xəstə törədib - Cinayət işi başlandı
30 Aprel 2026 17:00
“Övladım həmin gün evdə…” - Hamamda zəhərlənən 14 yaşlı qızın anası danışdı - VİDEO
30 Aprel 2026 15:47
Milli Onkologiya Mərkəzində PARTLAYIŞ: Ölən və xəsarət alan var
30 Aprel 2026 11:55


Bakı -°C

