Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs edildi
Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan Səudiyyə Ərəbistanının üç vətəndaşı - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad 2 il müddətə azadlıqdan məhrum ediliblər.
Adalet.az Report-a istinadən xəbər verir ki, bu barədə hökm Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Həmçinin onlar cəzalarını çəkdikdən sonra Azərbaycandan məcburi çıxarılacaq.
Hökmdən əvvəl təqsirləndirilən şəxslərə son söz verilib. Onlar Azərbaycan xalqından üzr istəyiblər və həmin yerin Şəhidlər xiyabanı olduğunu bilmədiklərini deyiblər.
Xatırladaq ki, dövlət ittihamçısı onların 4 il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, hadisə bu ilin avqust ayında baş verib.
İttihama görə, sözügedən şəxslər Şəhidlər xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri-etik hərəkətlər ediblər və orada çəkdikləri videonu sosial şəbəkədə yayıblar.
Alzaman Mahdi Ali, Alqhabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə ittiham olunurlar.
Digər Xəbərlər
23 Yanvar 2026 17:31
Kamran Əsədov məhkəmə zalında həbs edildi
22 Yanvar 2026 16:36
Kamran Əsədov və Gündüz Abbasovun növbəti məhkəmə prosesi başladı
20 Yanvar 2026 17:51
Vaqif Allahverdiyevə hökm oxundu - Məhkəmə işi
19 Yanvar 2026 14:59


Bakı -°C

