adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
13 Iyul 2021 18:06
17480
SAĞLAMLIQ

Səhiyyə işçilərinə elmi dərəcələrinə görə əlavələr ödəniləcək

Səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına dəyişikliklər edilib.

Adalet.az xəbər verir ki, qaydaya “Elmi dərəcələrə və elmi adlara görə ödənilən əlavələrin məbləğləri” adlı yeni bənd daxil edilib.

Belə ki, səhiyyə işçiləri bilavasitə ixtisası üzrə çalışdıqları hallarda elmlər doktoru elmi dərəcəsinə görə 80 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə isə 40 manat məbləğində əlavələr hesablanacaqdır.