Səhiyyə naziri Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüşüb
Səhiyyə Nazirliyində Qazaxıstan Respubikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alim Bayel ilə görüş keçirilib.
Adalet.az quruma istinadla xəbər verir ki, Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi və mədəni ortaqlıqların iki ölkə arasında əlaqələrin əsasını təşkil etdiyini vurğulayıb.
Nazirin sözlərinə görə, ölkələrimizin ənənəvi dostluq və qardaşlıq münasibətləri əsrlərə söykənir. Yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edən Teymur Musayev bildirib:
“Dövlət başçıları arasındakı dostluq əlaqələri bütün sahələrdə sıx əməkdaşlığın inkişafına və möhkəmlənməsinə əvəzsiz töhfə verir”.
Həmçinin, Azərbaycanla Qazaxıstan arasında səhiyyə sahəsində də ikitərəfli əlaqələrin inkişafı üçün geniş potensialın olduğu vurğulanıb. Nazirin sözlərinə görə, ölkələrimizin ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur. Eyni zamanda, tibb müəssisələrinin akkreditasiyası və keyfiyyətə nəzarət sahəsində Qazaxıstan təcrübəsinin ölkəmizdə tətbiqi ilə bağlı maraq ifadə olunub.
Çıxışının sonunda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib.
Digər Xəbərlər
22 May 2026 11:20
Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək
22 May 2026 11:03
Əli Əsədov Türkmənistan prezidenti ilə görüşdü
22 May 2026 10:50
WUF13-ə görə dəyişdirilən marşrutların fəaliyyəti bərpa edilir
22 May 2026 10:46
Tbilisi marşrutu üzrə nə qədər bilet satılıb?
22 May 2026 10:39
“Azərsun Holdinq” növbəti dəfə “Best managed companies” mükafatı qazanıb
22 May 2026 10:36
270 min hektardan çox ərazi mina və hərbi sursatdan təmizlənib
22 May 2026 10:23
AZAL Naxçıvan reyslərini yenidən BƏRPA ETDİ
22 May 2026 09:59


Bakı -°C

