Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd etdi
İyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə təsis edilmiş bu əlamətdar gün münasibətilə Səhiyyə Nazirliyi tərəfindən silsilə tədbirlər təşkil edilib.
Adalet.az xəbər verir ki, peşə bayramı münasibətilə səhiyyə naziri Teymur Musayev, nazirliyin struktur bölmələrinin və tabeli qurumlarının rəhbərləri Fəxri xiyabanı ziyarət ediblər. Ziyarət zamanı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub, məzarı önünə gül dəstələri qoyulub.
Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva, tanınmış dövlət və elm xadimi Əziz Əliyev, eləcə də elm xadimi Tamerlan Əliyevin məzarları ziyarət edilərək, onların xatirəsi ehtiramla anılıb.
Daha sonra Səhiyyə Nazirliyinin kollektivi Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.
Anım tədbirləri çərçivəsində xalqımızın milli-mənəvi dəyərlərinə, dövlətçilik ənənələrinə və səhiyyə sahəsinin inkişafında mühüm xidmətləri olmuş şəxsiyyətlərin xatirəsinə dərin ehtiram ifadə olunub.
Digər Xəbərlər
26 Iyul 2026 09:00
“Qafqazın xirosiması"ndan dirçəlişə - VİDEO
25 Iyul 2026 17:36
Məhərrəmlik nə vaxt bitir?
25 Iyul 2026 17:00
Bakı-Tbilisi qatarı yolda qaldı - Gürcüstandakı işıq probleminə görə
25 Iyul 2026 13:05
Sədərək və Binə Ticarət Mərkəzləri bağlanır? - VİDEO
25 Iyul 2026 10:50
Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır
25 Iyul 2026 10:30
BDYPİ isti hava ilə bağlı sürücülərə xəbərdarlıq etdi
25 Iyul 2026 10:00
65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - VİDEO
25 Iyul 2026 09:30


Bakı -°C

