Səhiyyə Nazirliyində Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd edilib
İyunun 17-də ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı qeyd olunur.
Adalet.az xəbər verir ki, bu münasibətlə səhiyyə naziri Teymur Musayev, nazirliyin Aparatı və tabeliyindəki müəssisələrin rəhbər şəxsləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Eyni zamanda, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, böyük alim və səhiyyə təşkilatçısı Əziz Əliyevin, həmçinin tanınmış elm xadimi Tamerlan Əliyevin məzarları da ziyarət olunaraq, üzərlərinə tər çiçəklər düzülüb.
Səhiyyə Nazirliyinin kollektivi həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini dərin hörmət və ehtiramla yad edib.
Bu tədbirlər müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyevin və ölkəmizin sağlamlıq sisteminə böyük töhfələr vermiş alimlərin xatirəsinin əbədiləşdirilməsi, habelə şəhidlərimizin ruhunun anılması məqsədi daşıyır.
Digər Xəbərlər
03 Aprel 2026 17:16
Mina axtararkən həlak olan ANAMA əməkdaşı təltif edildi
03 Aprel 2026 17:04
DTX-də təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olundu - VİDEO
03 Aprel 2026 16:41
Bu şəxslər cinayət məsuliyyətindən azad oluna bilər
03 Aprel 2026 16:31
" Azəriqaz" abonentləri soymaqda davam edir...
03 Aprel 2026 15:00
Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək
03 Aprel 2026 13:40
“Azərsun Holdinq” gənclərə dəstəyini davam etdirir - FOTOLAR
03 Aprel 2026 12:05
“Bu modelin beynəlxalq səviyyədə yayılmasının əsas səbəbi...”
03 Aprel 2026 11:46


Bakı -°C

