Şəkidə 3 nəfərə canavar hücum etdi
Şəkidə 3 nəfərə canavar hücum edib.
Adalet.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Şorsu kəndində baş verib. Belə ki,kənd sakini Seymur Cuma oğlu İsayev övladını məktəbə apararkən canavarın hücumuna məruz qalıb. Canavar C. İsayevə xəsarət yetirib. Eyni zamanda rayonun Cumakənd kəndində də canavar iki nəfərə hücum edərək kənd sakinləri 68 yaşlı Həsənov Səfər Hüseyn oğlu və 28 yaşlı Məhəmməd Fikrət oğlu Məmmədova xəsarət yetirib.
Xəsarət alan şəxslərə Şəki Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulub./unikal