11 Iyun 2025 17:37
389
ƏDƏBİYYAT

ŞƏKİDƏ 75 İLLİK YUBİLEY TƏDBİRİ

Şəki  şəhər Heydər Əliyev Mərkəzində  Şəki şəhər İcra Hakimiyyətinin, Milli Məclisin deputatları, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Yazıçılar Birliyi  nümayəndələrinin. Ziyalıların, şəhər ictimaiyyəti nümayəndələrinin və universitet tələbələrinin iştirakı ilə iyun ayının 10-da Şəkidə müasir Azərbaycan poeziyasının istedadlı nümayəndəsi, Azərbaycan Yazçılar Birlliyi Şəki  bölməsinin sədri, şair, publisist, dramaturq Vaqif Aslanın anadan olmasının 75 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib. Tədbir  iştirakçıları şairin indiyə qədər çap olunan 50-yə qədər kitablarından ibarət sərgi ilə tanış olublar. Yubiley tədbirində qonaqları və tədbir iştirakçılarını salamlayan Şəki şəhər İcra Hakimiyyətinin Başçısı Elxan Usubov  Şəkidə  tarixən görkəmli şəxsiyyətlərin yaşadığını və yaratdığını qeyd etdi. Onlardan birinin də  məhsuldar və istedadlı qələm ustası Vaqif Aslanın olduğunu bildirdi. İcra  başçısı Vaqif Aslanın  şeirləri ilə yanaşı, dram əsərlərini, elmi-tədqiqat  yaradıcılığını və tərcüməçi kimi də tanıdığını dedi. Elxan Usubov yubiley münasibətilə Şəki ictimaiyyəti adından Vaqif Aslanı təbrik etdi, ona yeni yaradıcılıq uğurları arzuladı.

Tədbirdə Milli Məclisn deputatı, həmyerlimiz, Mahmud Kaşğarı adına Beynəlxalq Fondun Prezidenti, Fəlsəfə  üzrə Fəlsəfə doktoru Cavanşir Feyziyev şair Vaqif Aslanın yaradıcılığını təhlil edən geniş məruzə etdi. Sonra Milli Məclisin deputatı, İqtisad elmləri doktoru Əli Məsimli Vaqif Aslan yaradıcılığını yüksək qiymətləndirdi, onu çağdaş ədəbiyyatımızın təkrarolunmaz nümayəndəsi adlandırdı. Sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə elmi-metodiki və ixtisasartırma Mərkəzininsektor müdiri Fariz  Yunisli , AMEA-nın şöbə müdiri, filologiya elmləri doktoru Asif  Rüstəmli, Azərbaycan  Yazıçılar Birliyinin üzvü, şair İbrahim İlyaslı, BDU-nun  professoru  Allahverdi  Məmmədli, Filologiya elmləri doktoru, şair İslam Sadıq, Fiziki üzrə Fəlsəfə doktoru. şair Fikrət Əsgərov, Tarix üzrə Fəlsəfə doktoru Nazim Mustafa, Azərbaycan Dövlət Pedaqoji Universiteti Şəki filialının direktoru, dosent Vurğun Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin əməkdaşı Taleh Mansur çıxış edərək Vaqif Aslanı 75 illik yubileyi münasibətilə təbrik etdilər, şairin yaradıcılığını, pedaqoji fəaliyyətini yüksək qiymətləndirib, onun haqqında səmimi ürək sözlərini, xatirələrini bölüşdülər. Həmçinin şairin 75 illik yubileyi münasibətilə hazırlanmış  “Ruhlarla danışan adam” adlı kitabı haqqında məlumat verildi.

 

75 illik yubileyi münasibətilə şair, publisist Vaqif Aslana Şəki şəhər İcra Hakimiyyətinin Fəxri fərmanı və xatirə hədiyyəsi təqdim olundu. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın yubilyara ünvanladığı təbrik məktubu oxundu. Çıxış edənlər tərəfindən  yubilyara müxtəlif mükafatlar  təqdim edildi. Şair, publisist Vaqif Aslan çıxış edərək yubiley tədbirinin təşkilatçılarına və öz çıxışlarında ona səmimi fikirlərini çatdıranlara dərin təşəkkür  etdi.

Tədbirin bədii hissəsində Vaqif Aslanın şeirləri səsləndirildi, həmçinin Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin  tabeliyində fəaliyyət göstərən 4 saylı uşaq-musiqi məktəbinin təqdimatında şair Vaqif Aslanın sözlərinə bəstələnmiş mahnılar ifa olundu.

Sonda  yenicə çapdan çıxan “Ruhlarla danışan adam” adlı kitabın təqdimatı keçirildi və tədbir iştirakçılarının hər  birinə bu kitab hədiyyə edildi.  Vaqif  Aslan pərəstişkarlarına hədiyyə edilən kitablara avtoqraf yazdı.   

 

Nağıbəyov  Məmmədtağıbəy

Bakı Dövlət Universiteti

 Jurnalistika fakultəsinin tələbəsi