Selə görə təhlükəli vəziyyətdə qalan 3 nəfər belə xilas edildi -VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Qırxbulaq çayının Şamaxı rayonunun Qaleybuğurd kəndi ərazisindən keçən hissəsində sel səbəbindən avtomobildəki 3 nəfərin təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.
Adalet.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunublar.
Yanğınsöndürən-xilasedicilər müxtəlif vasitələrdən istifadə etməklə sel gələn çayda qalmış “NİVA” markalı minik avtomobilində olan 3 nəfəri xilas edərək təhlükəsiz əraziyə çıxarıblar.
Digər Xəbərlər

Şəki-Oğuz yolunda qəza - Ana və övladı xəsarət aldı

20 nəfərin xəsarət aldığı qəzadakı mikroavtobus qanunsuz işləyirmiş - Rəsmi

"4 gün əvvəl Şəfayət o evdən çıxmaq istəmişdi, mənə şübhəli gəlir" - VİDEO

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: 20 nəfər xəsarət aldı

Nuranə on il əvvəl də bənzər hadisədə xəsarət alıbmış - VİDEO

Balakəndə 20 mindən artıq abonent qazsız qalacaq

Azərbaycanda çəkildiyi iddia edilən fotolarla bağlı rəsmi açıqlama - FOTO
