Sən demə, deputat ona "türk" dediyi üçün kartof satanı həbs etdirib - Təfərrüat
Bir neçə gün əvvəl Ermənistan Milli Məclisinin hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Ovik Ağazaryanla İrəvanın Tiqranyan küçəsində kartof satan sıravi bir erməni arasında baş vermiş insidentlə bağlı cinayət işi başlandı.
Beləki, həmin gün hadisə ilə bağlı deputatdan Ermənistan daxili işlər nazirliyinə məlumat daxil olub, deputat bildirib ki, Tiqranyan küçəsinin avtomobil yolunun böyük bir hissəsinin ticarətçilər tərəfindən bağlandığını və tərəvəz satdığını görüb. Həyat yoldaşı ilə alış-veriş edərkən onları yolu açmağa çağırıb. Satıcılar buna qarşı çıxıblar və dava başlayıb.
Deputat olayda zərərçəkmiş kimi tanınıb və satıcı həbs edilib .
Adaslet.az xəbər verir ki, istintaq işinin araşdırılması ortaya başqa nüanslar da qoyub. Beləki, hadisə şahidləri iddia ediblər ki, Ağazaryan kartof kisələrinə yaxınlaşıb və onları təpikləyib, satıcı onun dediyini etməyib. Tərəvəzlər yerə dağılıb. Sakitləşməyən harınlamış deputat bu dəfə satıcıya hücum edərək ona söyüb. Deputat əlinə keçən kartof torbasını götürərək satıcının üzərinə atıb. Satıcı ilə deputat arasında dava düşüb və satıcı deputata “türk” deyib.
“Hraparak" yazır ki, Ovik Ağazaryan satıcının ona “türk” deməsinə görə onu polisə şikayət etməyəydi:" Çünki həmin deputatların baş naziri türk sözünün onun üçün təhqiredici olmadığını bəyan edib.Ona görə də, iqtidar yönümlü "Vətəndaş müqaviləsi” fraksiyası da “türk” sözündən narahat olmamalıdır".
Qeyd edək ki, ötən ilin dekabrında Ermənistanın baş naziri Nikol Paşinyan özünün “türk” adlandırılmasını təhqir kimi qəbul etmədiyini dedi. Bu barədə o, İrəvanda keçirilən forumda bildirdi: “Ermənistanda mənim özümü də çox vaxt “türk” adlandırırlar. Ancaq bunu özümə təhqir kimi qəbul etmirəm”, - deyə o bildirib.
Əntiqə Rəşid
Digər Xəbərlər
24 Dekabr 2025 13:01
Günün Lətifəsi
23 Dekabr 2025 12:20
Rusiyalı alimlər azərbaycanlılarda xüsusi genlər aşkar etdi
22 Dekabr 2025 09:00
Yakutlar: Şimalın türk ruhu,buz altındakı xəzinə... (V yazı)
18 Dekabr 2025 11:49
“Shokki Mokki” “Məktəbim” layihəsinə dəstəyini davam etdirir
18 Dekabr 2025 10:02
Boz Qurda sadiq xristian qaqauzlar - (IV yazı)
15 Dekabr 2025 11:23
Xakaslar: Cənubi Sibir türkləri, şaman ənənəsinin davamçıları - (III yazı)
12 Dekabr 2025 17:50
Bu ölkədə kişi qıtlığına belə çarə tapdılar - "Saatlıq ər" xidməti
12 Dekabr 2025 14:35


Bakı -°C

