Sənaye istehsalı 3,6 milyard manata çatdı
Bu ilin yanvar ayında Bakıda sənaye sektorunda istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 3,6 milyard manat təşkil edib.
Adalet.az bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, sənaye məhsulunun 70,0 faizi mədənçıxarma, 25,1 faizi emal, 3,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Hesabat ayında sənayedə qeyri-dövlət sektorunun payı 83,3 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 86,4 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 13,6 faiz təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 fevral 2026-cı il vəziyyətinə 431,8 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 39,9 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
Digər Xəbərlər
10 Mart 2026 12:54
Vətəndaşlara geri qaytarılmış ƏDV-nin məbləği açıqlandı
10 Mart 2026 11:09
“Azərbaycan dünya bazarında daha dayanıqlı qiymət tarazlığında maraqlıdır...”
09 Mart 2026 09:31
"Brent"in qiyməti 116 dolları ötdü
08 Mart 2026 00:21
Qlobal ərzaq qiymətləri yenə artır
07 Mart 2026 09:51
Azərbaycan nefti kəskin bahalaşdı
06 Mart 2026 16:19
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı məlumat yayıldı
06 Mart 2026 11:10
“Əslində ölkə iqtisadiyyatının əsas yükü özəl sektorun üzərindədir...”
06 Mart 2026 10:42


Bakı -°C

