adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
29 May 2023 18:03
500
GÜNDƏM

Separatçılar  laçınlılara şər atdı:"Qəhrəmanlıq abidəmizi dağıtmısınız" - FOTO

Laçına ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu park 3” yaşayış kompleksindən yola salındı. Birinci mərhələdə şəhərə 20 ailə, yəni 97 nəfər köçürüldü.


Adalet.az xəbər verir ki, Azərbaycanın doğma yurd-yuvasına dönən vətəndaşlarını görən və onları geri göndərməkdə acizlik çəkən ermənilər yenə qara-qışqırıq, yalançı hay-küyə salmağa başlayıb. Beləki, hazırda erməni mediası yazır ki, Berdzorda (Laçına erməni işğalında olarkən verilən ad) azərbaycanlılar şəhərin mərkəzindəki təpədə yerləşən 1941-45-ci illərdə tikilmiş abidəni yerlə-yeksan etdilər: "Bu barədə Artsax Respublikasının Tarixi Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Xidməti məlumat verir və qeyd edir ki, Berdzor Şöhrət Memorial da Artsax müharibəsində vətən uğrunda Kaşatağ bölgəsində(Laçın, Qubadlı, Zəngilan bölgəsinin ümumi adı) qəhrəmancasına həlak olmuş ermənilərə həsr olunub.
Memorialın üç divarında qəhrəmanların adları həkk olunub.

Şöhrət Memorialına üç xaçkar daxildir. Biri “Əlahiddə Alay”a həsr olunub. Digəri Şuşinin azad edilməsi uğrunda həlak olmuş ermənilərə, üçüncüsü isə Vazgen Sarkisyana həsr olunub”.


Laçına qayıtmış vətəndaşlarımızdan xahiş edirəm ki, oradan desin ki, biz artıq doğma yurdumuza dönmüşük. Yurdumuzda hansı abidəni, hansı xatirə kompleksini ucaltmaq torpaq sahibləri kimi bizim haqqımızdır. “Qarabağda qəhrəmancasına həlak olmuş ermənilərə həsr olunmuş” abidələrinizi, xaçkarlarınızı, xatirə komplekslərinizi götürün soxun gözünüzə və harda istəyirsiniz aparıb ucaldın! Mən variant da verirəm: Məsələn, Fransada 600 min erməni yaşayır. "müqəddəs" zir-zibilinizi ora da apara bilərsiniz.

Hətta ABŞ-ın ən böyük ştatlarından olan Kaliforniyaya da apara bilərsiniz! (2011-ci ildə ABŞ-də əhalinin etnik tərkibi üzrə aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, Amerikada yaşayan əhalinin 483.366 nəfəri etnik baxımdan ermənidir. Müxtəlif mənbələrdə bu rəqəm 800.000 ilə 1.500.000 arasında göstərilmişdir. Amerika ermənilərinin 160 mindən çoxu Kaliforniya ştatının ərazisində yaşayır. Rəsmi rəqəmlərdə ABŞ ərazisində yarım milyona yaxın ermənin yaşadığı göstərilsədə, rəyi soruşulan insanlardan 385,488 nəfəri etnik tərkibi kimi erməni olduğunu göstərmişdir. Kaliforniya ştatında yerləşən Qlendeyl şəhəri Amerika ermənilərinin qeyri-rəsmi mərkəzi hesab olunur.)

 İrəvana aparmayın, bizim kolxoz sədri demiş "seravno" gəlib oraları da alacağıq!
Deməyi məndən, seçim sizindir…

Əntiqə Rəşid