12 Noyabr 2024 21:00
111
GÜNDƏM

Sərhədin 12 kilometrlik hissəsi delimitasiya və demarkasiya olunub - RƏSMİ

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer Prezident İlham Əliyevlə görüşdə Ermənistan ilə Azərbaycan arasında danışıqlar prosesi ilə maraqlanıb.

Adalet.az xəbər verir ki, dövlətimizin başçısı qeyd edib ki, hazırda tərəflər arasında sülh müqaviləsi üzrə danışıqlar davam etdirilir, bu müqavilənin mətninin xeyli hissəsi artıq razılaşdırılıb, sərhədlərin delimitasiyası və demarkasiyası sahəsində də Ermənistan ilə Azərbaycan arasında ciddi irəliləyiş var, 12 kilometrdən artıq sərhəd xətti nəinki delimitasiya olunub, hətta demarkasiyası həyata keçirilib ki, komissiyanın son görüşündə də bu prosesin irəli aparılması barədə razılıq əldə olunub.

Amma bütün bunlarla yanaşı, dövlətimizin başçısı Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarının aradan qaldırılmasının vacibliyini bildirib.

Azərbaycan Prezidenti sülh prosesinin irəli aparılması və sülh müqaviləsinin imzalanması üçün xalqların sülhə hazırlanmasının önəmini vurğulayıb.