"Sərhədlərin tam açılması iki xalqın yaxınlaşmasına töhfə verəcək" - Serdar Kılıç
Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi çox vacib məsələdir və tərəflər arasında danışıqlar davam edir.
Adalet.az xəbər verir ki, bunu Türkiyənin Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üzrə nümayəndəsi Serdar Kılıç Antalya Diplomatik Forumunda tematik müzakirə zamanı deyib.
"Moskvada keçirilən görüşdə Ermənistan-Türkiyə nizamlanması prosesinin əsas parametrlərini qeyd etdik və biz tam həllin tərəfdarıyıq. Düşünürəm ki, biz düzgün istiqamətdə irəliləyirik. Etibar yaratmaq üçün müvafiq tədbirlər görməliyik. Bizi ayıran yox, birləşdirən məqamlara diqqət yetirməliyik. Əks halda, tərəflər arasında məsafə artacaq", - deyə türk diplomat bildirib.
Onun sözlərinə görə, Ermənistan-Türkiyə sərhədi üçüncü ölkə və diplomatik pasport sahibləri üçün açılacaq, daha sonra bu təcrübə Türkiyə və Ermənistan vətəndaşları üçün genişləndiriləcək: "Ermənistandan Türkiyəyə və Türkiyədən Ermənistana uçuşlar var, bu o deməkdir ki, iki ölkə vətəndaşları arasında ünsiyyət və dialoq var. Sərhədlərin açılması tək addım deyil, vəziyyəti tənzimləmək üçün başqa addımlar da atırıq. Biz Ermənistan vətəndaşlarının Türkiyədə yaşaması üçün əlverişli şərait yaradırıq. Başqa sözlə, səylər göstərilir və yeri gələndə sərhədlərin tam açılması iki xalqın yaxınlaşmasına töhfə verəcək".
O, danışıqların nəticələrinin hər iki tərəfə müsbət təsir göstərməli olduğunu vurğulayıb: "Bununla belə, regionda məsuliyyət nümayiş etdirmək lazımdır, əks halda cəhdlər boşa çıxacaq, bu isə o deməkdir ki, heç bir nəticə olmayacaq. Biz ötən otuz ilin uğursuzluqlarından dərs almalıyıq və bundan sonra bütün diqqətimizi bu işə yönəldə bilərik. Keçmişdən dərs almasaq, hamısı boşa çıxacaq. Sabit sülh və təhlükəsizliyin bərqərar olması üçün üç ölkənin (Ermənistan, Türkiyə, Azərbaycan) vəziyyəti nəzərə alınmalıdır".
Digər Xəbərlər
21 Sentyabr 2026 10:15
İrandan ABŞ-yə xəbərdarlıq
21 Sentyabr 2026 09:58
Pakistan qırıcıları Əfqanıstana zərbə endirdi
21 Sentyabr 2026 09:15
Türkiyədə güclü zəlzələ oldu
21 Sentyabr 2026 08:55
Suriyada silah-sursat anbarında partlayışlar baş verib
21 Sentyabr 2026 08:26
İran üçün azadetmə əməliyyatı başlayır - Pəhləvi
21 Sentyabr 2026 07:51
Bessent: ABŞ və Çin süni intellekt məsələləri üzrə dialoq aparmaq barədə razılığa gəlib
21 Sentyabr 2026 07:20
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
21 Sentyabr 2026 07:16


Bakı -°C

