Şərurda evlərdən oğurluq edən şəxs saxlanıldı
Şərur rayonunda oğurluq hadisəsi baş verib. Rayonun Tumaslı kəndində yaşayan şəxs polisə müraciət edərək ona məxsus evdən 300 manat dəyərində qızıl-zinət əşyasının və 310 manat pul vəsaitininin naməlum şəraitdə oğurlanmasını bildirib.
Adalet.az xəbər verir ki, Şərur Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 24 yaşlı Ülvi Tağıyev müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla Ü.Tağıyevin rayon ərazisində yerləşən digər bir evdən ayrı-ayrı vaxtlarda ümumilikdə 3000 manat dəyərində qızıl-zinət əşyası və 50 manat pul vəsaiti oğurlanması da məlum olub.
İdarə əməkdaşları tərəfindən keçirilən digər tədbirlə isə rayon ərazisindəki evlərin birindən 430 manat nağd pul oğurlamaqda şübhəli bilinən Y.Sadiqov da saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
01 Dekabr 2025 18:37
Bakıda 11 il əvvəl törədilmiş cinayətin ÜSTÜ AÇILDI
01 Dekabr 2025 17:26
Evlərdən elektrik naqili və velosiped oğurlayanlar saxlanıldı
01 Dekabr 2025 12:55
Su polisi Xəzər dənizində brakonyerlik edən şəxsi saxladı
01 Dekabr 2025 12:49
İnterpol xətti ilə axtarışda olan 12 nəfəri Türkiyəyə ekstradisiya edilib
01 Dekabr 2025 12:39
İrandan Azərbaycana 21 kq-dan çox narkotik keçirmək istədilər
01 Dekabr 2025 11:48
Cinayətdə şübhəli bilinən 56 nəfər saxlanıldı
01 Dekabr 2025 11:44
Narkokuryerlər özlərini "meyvə satıcısı" kimi göstərmək istədilər - VİDEO
28 Noyabr 2025 17:12


Bakı -°C

