Şərurda evlərdən oğurluq edən şəxslər saxlanıldı
Şərur rayonunda oğurluq hadisəsi baş verib. Rayonun Tumaslı kəndində yaşayan şəxs polisə müraciət edərək ona məxsus evdən 300 manat dəyərində qızıl-zinət əşyasının və 310 manat pul vəsaitininin naməlum şəraitdə oğurlanmasını bildirib.
Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Şərur Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 24 yaşlı Ülvi Tağıyev müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla Ü.Tağıyevin rayon ərazisində yerləşən digər bir evdən ayrı-ayrı vaxtlarda ümumilikdə 3000 manat dəyərində qızıl-zinət əşyası və 50 manat pul vəsaiti oğurlanması da məlum olub.
İdarə əməkdaşları tərəfindən keçirilən digər tədbirlə isə rayon ərazisindəki evlərin birindən 430 manat nağd pul oğurlamaqda şübhəli bilinən Y.Sadiqov da saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
10 Dekabr 2025 15:01
DTX xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə ağır cinayətlər törətmiş şəxslərİ saxladı - VİDEO
10 Dekabr 2025 10:28
Tərtərdə narkotik satan şəxs həbs edildi
10 Dekabr 2025 09:31
Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana gətirildi
09 Dekabr 2025 16:00


Bakı -°C

