"ŞƏT BMT-nin bərpası üçün katalizator rolunu oynaya bilər" - Lukaşenko
"Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) BMT-nin bərpası üçün katalizator rolunu oynaya bilər".
Adalet.az xəbər verir ki, bunu Belarus lideri Aleksandr Lukaşenko deyib.
"Uzunmüddətli perspektivdə biz BMT-nin bərpası üçün katalizator kimi çıxış edə və ən mürəkkəb qlobal problemlərin həlli üçün platforma statusunu bərpa edə bilərik", - deyə o qeyd edib.
Daha əvvəl Çin prezidenti Si Cinpin çoxqütblü dünyanın formalaşmasının dönməz tarixi bir prosesə çevrildiyini bildirmişdi.


Bakı -°C

