Səudiyyə Ərəbistanına qar yağdı - FOTOLAR
2021-ci ildə Səudiyyə Ərəbistanının təbiətinə uyğun olmayan bir hadisə baş verdi. Son 50 ildə ilk dəfə SƏ ən böyük şəhəri olan Tabuk bölgəsinə qar yağdı. Məlumatda qeyd olundu ki, yerli sakinlər qarın yağmasından çox məmnundular.
Həmin ildən sonra hər il 1 yaxud 2 dəfə Səudiyyə Ərəbistanına qar yağması adi hala çevrilib .
Adalet.az xəbər verir ki, hazırda Səudiyyə Ərəbistanı yenə də qeyri-adi hava şəraiti ilə üzləşib, səhrada yağış və dolu, ardınca isə qar yağıb.
Səudiyyə Ərəbistanı Milli Meteorologiya Mərkəzi səhraya yağan bu qeyri-adi qarı bu ərəfədə regionda yağan güclü yağışlar və dolu düşməsi ilə əlaqələndirir.
Qar 2 gündür regionda intensiv yağan güclü yağışdan sonra başlayıb. Əvvəl dolu , sonra qar dənələri səhralara səpələnib. Əsas yağıntı həmişə günəşli olan Əl-Cəvf bölgəsində olub. Səhranın bəzi yerlərində yağışlar nəticəsində bitki örtüyü çiçək açıb.
Səudiyyə Ərəbistanı Milli Meteorologiya Mərkəzi xəbərdarlıq edib ki, Cazan, Assir, Əl-Baha, Məkkə, Mədinə, Qasım, Heyl, Ər-Riyad və Şərq regionunu toz dumanları, güclü yağış, dolu və duman örtə bilər.
Əntiqə Rəşid
Əntiqə Rəşid
Digər Xəbərlər
22 Dekabr 2025 09:00
Yakutlar: Şimalın türk ruhu,buz altındakı xəzinə... (V yazı)
18 Dekabr 2025 11:49
“Shokki Mokki” “Məktəbim” layihəsinə dəstəyini davam etdirir
18 Dekabr 2025 10:02
Boz Qurda sadiq xristian qaqauzlar - (IV yazı)
15 Dekabr 2025 11:23


Bakı -°C

