16 Aprel 2025 09:29
150
GÜNDƏM

"Şəxsi avtomobillərdən istifadəni azaldın" - DYP

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. 

Adalet.az xəbər verir ki, qeyri-sabit hava şəraiti, xüsusilə intensiv yağıntılar və güclü küləklə əlaqədar yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və piyadalara aşağıdakıları tövsiyə edir:

- Sürüşkən yol şəraitini nəzərə alaraq sürət həddinə əməl edilməli, nəqliyyat vasitələri arasında ara məsafəsi düzgün saxlanmalı;

- Zəif görünmə şəraitində işıq cihazlarından istifadə olunmalı, qəfil manevrlərdən və ötmələrdən çəkinilməli;

- Piyadalar hərəkət zamanı daha diqqətli olmalı, yalnız müəyyən olunmuş keçidlərdən istifadə etməli;

- Şəxsi nəqliyyat vasitələrindən istifadənin mümkün qədər azaldılması, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.

BDYPİ bütün yol hərəkəti iştirakçılarını ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.