Seyran Ohanyan və digərlərinin Göyçə sahilindəki əmlakları sökülüb
Ermənistan Baş Prokurorluğunun tələbi ilə Göyçə gölünün sahilində keçmiş yüksəkvəzifəli məmurlara və onların qohumlarına məxsus kotteclər və digər tikililər sökülüb.
Adalet.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə qurumun Mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, keçmiş müdafiə naziri Seyran Ohanyanın və keçmiş polis rəisi Vladimir Qasparyanın evlərinin hasarları, həmçinin Ermənistan Respublika Partiyasının sədr müavininin qardaşı Armen Aşotyana, Gegarkurik vilayətinin keçmiş qubernatoru Rafik Qriqoryanın oğluna və parlamentin keçmiş sədri Samvel Nikoyanın oğluna məxsus kotteclər sökülüb.
Prokurorluğun məlumatına görə, bütün bu obyektlər icazə verilən həddən - dəniz səviyyəsindən 1905 metr yüksəklikdən aşağıda yerləşib.
Həmçinin bildirilir ki, məhkəmələrdə Vladimir Qasparyan, Seyran Ohanyan, Ermənistan Futbol Federasiyasının keçmiş prezidenti Ruben Ayrapetyan və digər şəxslərin əmlakları ilə bağlı bir sıra iddiaların baxılması davam edir.
Qeyd edək ki, daha əvvəl Baş Prokurorluq iş adamı Qaqik Sarukyana məxsus “Multi Qrup” konserninin Göyçə sahilindəki yaşayış evlərinin və digər tikililərinin müsadirə olunmasını tələb edib.
Digər Xəbərlər
07 Avqust 2026 17:41
Casusluqda ittiham olunan iranlı aktrisa evində ölü tapıldı
07 Avqust 2026 16:09
"Hazırda Ermənistanda referendum keçirmək mümkün deyil"
07 Avqust 2026 16:06
Yaxın Şərqdə yeni bir era - Məkkə Sazişi imzalandı
07 Avqust 2026 16:03
Xamenei ölüm yatağındadır – KİV
07 Avqust 2026 14:12
"Avropa bizi Rusiya qazını tədarük etməməyə çağırır" - Türkiyəli nazir
07 Avqust 2026 12:49
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan müdafiə sazişi imzalayacaq
07 Avqust 2026 12:40
Pezeşkian qonşu ölkələrin dəstəyindən danışdı: “Buna imkan vermədilər”
07 Avqust 2026 12:33


Bakı -°C

