Serj Sarkisyana cinayət işi açıldı - YENİLƏNİB
Ermənistanın sabiq prezidenti Serj Sarqsyan ölkənin ikinci prezidenti Robert Köçəryana qarşı başlanmış cinayət işi çərçivəsində ittiham irəli sürülüb.
Adalet.az xəbər verir ki, bu barədə "News.am" portalı məlumat yayıb.
Sarqsyann Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham olunur.
Daha əvvəl Ermənistan Baş Prokurorluğu Robert Köçəryana qarşı ictimai cinayət işinin başlanması barədə məlumat vermişdi. Ona vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı üç, xüsusilə külli miqdarda rüşvət alma ilə bağlı iki və xüsusilə külli miqdarda pulların yuyulması ilə bağlı dörd epizod üzrə ittihamlar irəli sürülüb.
Eyni iş çərçivəsində daha doqquz nəfərə qarşı cinayət təqibi başlanıb. Onların arasında Robert Köçəryanın oğlu Sedrak Köçəryan, əvvəllər Ermənistanın müdafiə naziri və baş naziri vəzifələrini tutmuş Serj Sarkisyan, İrəvanın sabiq meri Andranik Marqaryan, Qaqik Beqlaryan, sahibkar Samvel Mayrapetyan və digər şəxslər var.
***
14:05
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan Korrupsiyaya qarşı Mübarizə Komitəsindədir.
Adalet.az məlumat verir ki, Ermənistan mediasının xəbərinə görə, Sarkisyan Korrupsiyaya qarşı Mübarizə Komitəsinin qarşısında jurnalistlərə hələ ki heç nəyin ona məlum olmadığını bildirib.


Bakı -°C

