Əkiz bacılar eyni ixtisasa qəbul olundu
Xaçmaz rayonunun Niyazabad kəndindən olan əkiz bacılar - Selcan və Nurcan Əkbərovalar ali məktəbə qəbul zamanı eyni ixtisası seçərək tələbə adını qazanıblar.
Adalet.az AZƏRTAC-a istinadən xəbər verir ki, onlar 2015-ci ildə Niyazabad kənd tam orta məktəbinin birinci sinfinə gediblər. Təhsil müddətində eyni sinifdə oxuyan bacılar bu il həmin məktəbi bitiriblər.
Qəbul imtahanlarında II ixtisas qrupu üzrə iştirak edən Selcan 322 bal, Nurcan isə 317 bal toplayıb. Hər iki bacı Sumqayıt Dövlət Universitetinin Sosiologiya ixtisasına qəbul olub.
Əkizlərin anası Rəna Əkbərova bu hadisənin ailəni çox sevindirdiyini bildirib: “Məncə, bunun heç bir mənfi tərəfi yoxdur. Əksinə, müsbət tərəfləri çoxdur. Birinci sinifdən məktəbə bir yerdə gediblər, bir sinifdə oxuyub, bir məktəbi bitiriblər. İndi də eyni universitetdə bir yerdə olmaları bizim üçün ən yaxşı hadisədir. Özləri də bir-birlərinin həm bacısı, həm də rəfiqəsidirlər. Hər məsələdə eyni fikirdədirlər. Ona görə də eyni universitetə qəbul olmaları, bir yerdə eyni ixtisasda təhsil almaları ailəmiz üçün çox sevindirici haldır”.
Qeyd edək ki, ailədə dörd övlad var. Əkiz bacılar ailənin sonbeşikləridir. Onların anası Rəna Əkbərova xalçaçı, atası isə balıqçıdır.
Digər Xəbərlər
25 Avqust 2026 16:05
BDU-nun tələbəsi adını qazanan şəhid övladları
25 Avqust 2026 12:41
DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub
25 Avqust 2026 11:11
Universitetə qəbul olan şəhid övladları - SİYAHI
24 Avqust 2026 20:13
Kəlbəcərdə ilk məktəbin yeganə məzunu tələbə adını qazandı
24 Avqust 2026 19:38
Qəbul olunanlar bu vaxtadək qeydiyyatdan keçməlidir
24 Avqust 2026 19:16
169 nəfər müsabiqədənkənar tələbə oldu
24 Avqust 2026 19:05
Universitetlərə ixtisas seçiminin nəticələri ELAN OLUNDU - YENİLƏNİB
24 Avqust 2026 10:58


Bakı -°C

