29 Noyabr 2023 14:32
2333
MARAQLI

“Şeytan kilsəsi”nin sirri çözüldü - Araşdırma

Finlandiyanın şərqində yerləşən “Şeytan kilsəsi” qədim zamanlarda ritual məkan kimi istifadə olunub. 

Adalet.az xəbər verir ki, tədqiqatçılar kilsənin niyə bu məqsədlə istifadə edildiyini araşdırıblar.

Finlandiyanın şərqindəki Koli Milli Parkında yerləşən Pirunkirkko və ya adətən Şeytan kilsəsi adlandırılan qədim abidə haqqında Helsinki Universitetindən arxeoloq Riitta Rainio və Şərqi Finlandiya Universitetindən mədəniyyət tədqiqatları üzrə tədqiqatçı Elina Hytönen-Ng tərəfindən yeni bir araşdırma aparılıb. Araşdırmada kilsədə keçmişdə şaman inanclarından niyə istifadə edildiyi araşdırılıb.

Şeytan kilsəsində uzunluğu 34 metr olan dəhlizə bənzər mağara var. Rəvayətə görə şaman inancına malik insanlar mağaraya keçmişdə ruhlar aləmi ilə əlaqələrin qurulduğu bölgə kimi baxıblar. Tədqiqatçılar Rainio və Hytönen-Ng mağaranın akustikasına diqqət yetirərək, onun mistik əhəmiyyətini araşdırdıblar.

Şeytan kilsəsinin dəhlizə bənzər arxa hissəsində aparılan akustik ölçmələr zamanı mağaranın müəyyən tezlikdə səsi gücləndirən və uzadan akustik rezonansa malik olduğunu ortaya qoydu. Bu rezonansa görə, kilsənin keçmişdə şəfa mərasimləri və nağara çalmaq üçün istifadə edildiyi düşünülür.

Məlum olub ki, bölgədə Kinolainen adlı şəxs mağaradan xəstələrini sağaltmaq və şeytanla ünsiyyət qurmaq üçün ayinlər yerinə yetirmək üçün istifadə edib. Rainio deyir ki, bu rituallar tez-tez yüksək səslə qışqırmaq və güllələməkdən ibarətdir.
Mağaranın hamar divarlı hissələri  xüsusi bir ton yaradır. Bu ton səsləri daha güclü və uzun edir. Rituallar zamanı yaranan səslər mağaranın rezonansı sayəsində güclənir və mistik ab-hava alır. Bu səbəbdən insanların təsirləndiyi düşünülür.

Vasif Əlihüseyn