Səyyar ASAN xidmət Xankəndidə
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində əzəli torpaqlarına qayıtmış vətəndaşlara dövlət xidmətlərinin daha rahat, əlçatan və şəffaf formada təqdim edilməsi məqsədilə tədbirlər davam etdirilir.
Adalet.az xəbər verir ki, bu çərçivədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən növbəti Səyyar ASAN xidmət Xankəndi şəhərində təşkil edilib.
23 iyuladək vətəndaşlar şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat xidmətləri, əmlak xidmətləri və əmək pensiyalarının təyin edilməsi xidmətlərindən yararlana bilirlər.
Bu günədək Səyyar ASAN xidmət çərçivəsində Zəngilan rayonunun Ağalı kəndində, Tərtər rayonunun Talış kəndində və Cəbrayılda vətəndaşlar səyyar xidmətlərdən yararlanıblar.
Əsas məqsəd harada yaşamasından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının dövlət xidmətlərinə əlçatanlığını təmin etmək və heç kəsin bu xidmətlərdən kənarda qalmamasına nail olmaqdır.
Digər Xəbərlər
23 Avqust 2026 21:17
Füzulidəki məktəbin direktoru Prezidentlərin qarşısında çıxış etdi - VİDEO
23 Avqust 2026 13:30
Şükufə Yusupovanın vəziyyəti ilə bağlı açıqlama
23 Avqust 2026 13:23
Sabah 40°-dək isti olacaq
22 Avqust 2026 12:31
FHN Bilgəh Kardioloji Sanatoriyasında təlim keçirdi - VİDEO
21 Avqust 2026 23:39
Ərzaq bazarlarında təhlükəsiz qida təminatı üçün nələrə əməl olunmalıdır? - VİDEO
21 Avqust 2026 18:00
Samuxda qarayara ilə bağlı dezinfeksiya işləri aparıldı
21 Avqust 2026 15:38
Növbəti köç: Bu dəfə Xankəndi, Xocalı və Ağdərəyə -YENİLƏNİB
21 Avqust 2026 12:41


Bakı -°C

