Səyyar ASAN xidmətin regionlarda fəaliyyəti davam edir

2- 30 oktyabr tarixində Yevlaxda, İsmayıllıda, Yardımlıda, Siyəzəndə, Göygöldə, Saatlıda, Zaqatalada və Xırdalanda vətəndaşlara səyyar xidmət göstəriləcək.
Adalet.az xəbər verir ki, səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Səyyar ASAN xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00 - 14:00 arası isə nahar fasiləsidir.
Yardımlı rayonunda fəaliyyət göstərən Səyyar ASAN xidmət avtobusunda iş qrafiki saat 11:00- dan 17:00-dək nəzərdə tutulub.
Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 daxili nömrə 3 yığaraq Çağrı mərkəzinə müraciət edə bilərlər.
Digər Xəbərlər

Səfərbərlik Xidmətinin 9 əməkdaşı işdən çıxarılıb

İran və Azərbaycan arasında 160-cı sərhəd görüşü keçirilib

Zəngəzur dəhlizi BTQ ilə birgə tranzit imkanlarını artıracaq - ADY sədri

Bakı Təhlükəsizlik Forumu qlobal təhlükəsizlik müzakirələrin məkanına çevrilir - "Euronews"un videoreportajı

Paytaxtın bu ərazisində su olmayacaq - XƏBƏRDARLIQ

Prokurorluğun yaradılmasının 107-ci ildönümü münasibətilə tədbir keçirildi - FOTOLAR

İlham Əliyev xanımı və İtaliya Prezidenti ilə açılışda - FOTOLAR + YENİLƏNİB
