SHXÇDX “Vətənə xidmət uşaqların gözündə” adlı tədbir keçirdi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 14-cü ildönümü ərəfəsində “Lily Art Center” uşaq incəsənət mərkəzinin təşkilatçılığı ilə tədbir keçirilib.
Adalet.az xəbər verir ki, “Vətənə xidmət uşaqların gözündə” adlı tədbirdə məktəblilərin vətənpərvərlik, vətənə bağlılıq və hərbi xidmət mövzusunda çəkdikləri rəsm əsərləri nümayiş olunub.
Tədbirdə mərkəzin rəhbəri Aydan Abdullazadə, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, xalq rəssamı, professor, əməkdar incəsənət xadimi Ağaəli İbrahimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov, şəhid ailələri, müəllimlər, valideynlər və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən Dövlət Xidməti aparatının idarə rəisi polkovnik-leytenant Füzuli İsmayılov uşaqlarda vətənpərvərlik hissi, qalib ölkənin vətəndaşı olmaq, sağlam həyat tərzi, ölkənin inkişafı, regionun lider dövləti olan Azərbaycanın nüfuzu barədə danışdı. Xalq rəssamı Ağaəli İbrahimov isə balaca rəssamlara öz məsləhət və tövsiyələrini verdi, həmçinin Xidməti 14-cü ildönümü münasibətilə təbrik edib.
Tədbirdə gənc rəssamların təbrik videosu nümayiş olunub. Həmçinin şəhid övladlarından ibarət xorun və mərkəzin digər üzvlərinin ifasında müxtəlif mahnılar səsləndirilib. Rəsmi hissə bitdikdən sonra foyedə təşkil olunan kiçik sərgidə uşaqların rəsm əsrləri nümayiş olunub.
Digər Xəbərlər
12 Fevral 2026 12:33
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO
12 Fevral 2026 11:10
ADY vətəndaşlara müraciət etdi - VİDEO
12 Fevral 2026 09:00
Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edildi
11 Fevral 2026 17:39
"2030-cu ilə qədər süni intellekt 16 trilyon dollarlıq əlavə dəyər yaradacaq" - Rəşad Nəbiyev
11 Fevral 2026 16:15
Heydər Əliyev Mərkəzi ABŞ bayrağı ilə işıqlandırılıb
11 Fevral 2026 15:52
“Əli Kərimli bu prosesdən xəbərsiz deyildi...”
11 Fevral 2026 11:45
DİN qadınlara qarşı zorakılıqla bağlı müraciət edib - VİDEO
11 Fevral 2026 10:57


Bakı -°C

