Sibiqa və Kallas Ukraynanın Aİ-yə üzvlük yolunu müzakirə etdilər
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Ankarada keçirilən görüşdə Ukraynanın Avropa İttifaqına üzvlük prosesi və Rusiyaya qarşı təzyiqlərin artırılması məsələlərini müzakirə ediblər.
Adalet.az xəbər verir ki, Sibiqa "X" sosial şəbəkəsində paylaşdığı məlumatda bildirib ki, görüş zamanı son Rusiya hücumları və onların nəticələri barədə Kallasa məlumat verib. O, həmçinin Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsinin, xüsusilə də ballistik raket təhdidlərinə qarşı müdafiənin həyati əhəmiyyət daşıdığını vurğulayıb.
Nazir əlavə edib ki, görüşdə sülh prosesinin gedişi, Avropanın bu prosesdəki rolu, eləcə də Ukraynanın Aİ-yə inteqrasiyası istiqamətində atılacaq növbəti addımlar da müzakirə olunub.
Sibiqa Ukraynaya göstərdiyi dəstəyə görə Kaya Kallasa və Avropa İttifaqına təşəkkürünü ifadə edib.
Qeyd edək ki, görüş Ankarada keçirilən NATO ölkələrinin dövlət və hökumət başçılarının sammiti çərçivəsində baş tutub.
Digər Xəbərlər
11 Iyul 2026 18:00
Türkiyədə kişi çağırışa gedən polisi güllələyib öldürdü - FOTO
11 Iyul 2026 17:51
Moldova prezidenti iş adamını baş nazirliyə namizəd göstərdi
11 Iyul 2026 16:45
Çin Starlink-i məhv edəcək yeni silah təqdim etdi
11 Iyul 2026 16:12


Bakı -°C

