Silsilə oğurluq edən keçmiş məhkumlar tutuldu
Saatlı rayonunda silsilə cinayətlər törədən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az -a bildiriblər ki, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 4-də rayon ərazisindəki 4 mağazadan pul, sənəd, ərzaq məhsulları, tütün məmulatı və geyim əşyaları oğurlamaqda şübhəli bilinənlər, əvvəllər məhkum olunanlar şəhər sakini E.Cəfərov və Sabirabad rayon sakini S.Mədətov saxlanılıblar.
Hadisə ilə bağlı araşdırmalar aparılır.
Digər Xəbərlər
01 May 2024 09:43