“SİMA İmza” ilə vergi hesabatlarını pulsuz təqdim et!
Aprel ayı vergi ödəyiciləri üçün strateji əhəmiyyət kəsb edən hesabatlılıq dövrüdür. İlin birinci rübü üzrə gəlir və mənfəət vergisi üzrə cari arayış, ƏDV, sadələşdirilmiş vergi, vahid bəyannamə üzrə hesabatlar və s. kimi bir çox elektron vergi əməliyyatları məhz bu ay həyata keçirilməlidir.
Adalet.az xəbər verir ki, vergi ödəyiciləri üçün vacib olan səmərəliliyi isə SİMA rəqəmsal imza öz innovativ həlləri ilə təmin edir. Hazırda “SİMA İmza” ilə bütün vergi xidmətləri əlçatandır ki, bu da hesabatların təqdim olunması, müraciətlərin göndərilməsi, sənədlərin təsdiqlənməsi və digər vacib əməliyyatların operativ şəkildə həyata keçirilməsinə şərait yaradır.
SİMA rəqəmsal imzanı ilk dəfə əldə edən sahibkarlar və kommersiya qurumları qeydiyyat zamanı 6AYPULSUZ promokodunu daxil edərək, ilk 6 ay ərzində xidmətdən tamamilə ödənişsiz yararlana bilirlər. Güzəştli müddət bitdikdən sonra aylıq abunə haqqı 2.40 AZN və ya 3 illik alışda isə cəmi 55 AZN təşkil edir.
Ənənəvi elektron imzalardan fərqli olaraq, “SİMA İmza” biznes subyektlərinə hər hansı xidmət mərkəzinə getmədən, əlavə sənəd toplamadan və vaxt itirmədən biznes imzası əldə etmək imkanı yaradır. İstifadəçilər sadəcə mobil tətbiqi yükləyərək biometrik eyniləşdirmə vasitəsilə qeydiyyatdan keçir və dərhal biznes imza sertifikatına sahib olurlar.
“SİMA İmza” biznes imzasının əldə edilməsi: https://www.youtube.com/watch?v=oQRBHfFqI04
Şirkətlər üçün “SİMA İmza”: https://www.youtube.com/watch?v=P_18Rmp-uQo&t=104s
Digər Xəbərlər
30 Aprel 2026 17:35
Çörək bahalaşacaq? - RƏSMİ AÇIQLAMA
30 Aprel 2026 14:09
“Xüsusi Təyinatlılarımız Ermənistana başa salmağa çalışırdılar ki...”
30 Aprel 2026 13:46
Metronun yeni açılacaq stansiyası harada yerləşir? - VİDEO
30 Aprel 2026 12:16
Bakı metrosunun yeni “B-04” stansiyası harada yerləşəcək? - VİDEO
30 Aprel 2026 11:34
Qanunsuz silah-sursatı könüllü təhvil ver - DİN-dən çağırış
30 Aprel 2026 11:24
Məhkumlarla görüşlər artıq onlayn qeydiyyatla aparılacaq - Nazirlikdən yenilik
30 Aprel 2026 11:15
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək
30 Aprel 2026 10:03


Bakı -°C

