Şimali Koreya ilə Rusiya arasındakı saziş qüvvəyə mindi
Şimali Koreya ilə Rusiya Federasiyası arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi dekabrın 4-də qüvvəyə minib.
Adalet.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Qeyd olunur ki, dekabrın 4-də Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və onun şimali koreyalı həmkarı Kim Çenq-qyu Moskvada ratifikasiya sənədlərinin mübadiləsinə dair protokol imzalayıblar. Müqavilənin mətninə əsasən, saziş bu andan qüvvəyə minir.
Beləliklə, Rusiya Federasiyası ilə KXDR arasında 9 fevral 2000-ci il tarixli Dostluq, Qonşuluq və Əməkdaşlıq Müqaviləsi qüvvədən düşmüş hesab edilib.
Həmçinin vurğulanır ki, yeni müqavilə əsasında iki ölkə arasındakı münasibətlər beynəlxalq strateji sabitliyə zəmanət verəcək və ədalətli çoxqütblü dünya nizamının formalaşmasını sürətləndirəcək.
Qeyd edək ki, hərtərəfli strateji tərəfdaşlıq sazişi iyunun 19-da Pxenyanda Rusiya prezidenti Vladimir Putinin KXDR-ə səfəri zamanı imzalanıb.
Digər Xəbərlər
21 Oktyabr 2026 13:51
Alanya dünya çimərlik futbolunun mərkəzinə çevrilir: 44 klubun mübarizəsi başlayır
21 Oktyabr 2026 13:37
Putin və Uitkoff görüşdü - YENİLƏNİB
21 Oktyabr 2026 13:26
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
21 Oktyabr 2026 13:12
İsrail oktyabrın əvvəli İrana zərbə vuracaqmış - KİV
21 Oktyabr 2026 12:33
Fransa etirazların qarşısını ala bilmir
21 Oktyabr 2026 11:48
Fransa fövqəladə təhlükəsizlik tədbirləri görür: Ordu hərəkətə keçəcək
21 Oktyabr 2026 10:59
Putin Trampın xüsusi nümayəndəsi ilə danışıqlar aparacaq
21 Oktyabr 2026 09:15


Bakı -°C

