Sinan Oğan İranın İsrailə hücumundan sonra gözləntlilərini açıqladı
İranın İsrailə hücumdan sonra Türkiyənin prezidentliyə keçmiş namizədi Sinan Oğandan diqqətçəkən açıqlama gəlib.
Adalet.az xəbər verir ki, bu barədə Oğan "X" hesabında paylaşım edib:
"Hökumətimizdən gözləntim şərq və cənub-şərq bölgələrimizdə dərhal fövqəladə vəziyyət elan etməsi, habelə, başda sərhəd bölgələrimizdə mümkün miqrasiyaya qarşı hazır və ehtiyyatlı olmaqdır".
Xatırladaq ki, İsrail aprelin 1-də Suriyanın paytaxtı Dəməşqdə İran konsulluğunun binasına hava zərbəsi endirib. Nəticədə İnqilab Keşikçiləri Korpusunun (SEPAH) 2 generalı həlak olub.
Bu gecə isə İrandan İsrailə cavab olaraq yüzlərlə ballistik raket və PUA-lar göndərilib.
Digər Xəbərlər
21 Dekabr 2024 18:23
Onların terrorla məşğul olmadığını gördük - Hakan Fidan
21 Dekabr 2024 18:21Ərdoğandan Almaniyadakı hücuma sərt reaksiya
21 Dekabr 2024 13:40Paşinyan Makrona təşəkkür etdi
21 Dekabr 2024 09:10Almaniyadan Soltsun Rusiyaya səfər planı ilə bağlı təkzib
20 Dekabr 2024 23:25