Sırğalarla yatmaq qulaqlarınıza zərər verə bilər
Gecə sırğalarla yatmaq zərərsiz vərdiş kimi görünsə də, mütəxəssislər bunun qulaq üçün təhlükəli olduğunu bildirirlər.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, britaniyalı plastik cərrah doktor Anil R.Şahın sözlərinə görə, qulaq məmələri çox həssasdır və asanlıqla dartılır. Ağırlığı olan sırğalar dərini aşağı çəkərək kollageni zəiflədir, elastikliyi azaldır və hətta qulaq ətinin yırtılmasına səbəb ola bilər.
Sırğalarla yatanda nələr baş verir?
• Yatarkən qulaqda davamlı təzyiq yaranır, dəlik dartılır, büzüşmələr əmələ gəlir.
• Vaxt keçdikcə dəlik böyüyür, qeyri-bərabərlik və çapıqlar yaranır.
• Sürtünmə və sıxılma iltihaba, sərtləşməyə və hətta keloidlərə səbəb ola bilər.
• Təmizlənməyən sırğalar isə yağ, kosmetika və bakteriya yığaraq xroniki qızartı və qıcıqlanma yaradır.
Həkimin məsləhətləri:
• Yatmazdan əvvəl sırğaları çıxarın, qulaq məmələrini yuyun və sırğa bağlarını dezinfeksiya edin.
• Yeni deşilmiş qulaqlarda yalnız hipoallergen materialdan hazırlanmış kiçik sırğalar taxmaq olar, amma ümumiyyətlə, gecələr qulaqlara “nəfəs almaq” imkanı verilməlidir.
• Kiçik sırğalar daha təhlükəsizdir. Böyük və sallanan modellər yastıq və ya yorğana ilişərək qulağı zədələyə bilər.
Digər Xəbərlər
08 Dekabr 2025 16:38
Nazirlik məşhur klinikada yoxlama keçirdi - Lisenziyası olmadığı üzə çıxdı
08 Dekabr 2025 11:45
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi - FOTOLAR
07 Dekabr 2025 21:14
Tox qarına yatmaq sağlamlıq üçün risklidir
03 Dekabr 2025 13:46
Ləman Qulamova komadan ayıldı
02 Dekabr 2025 10:10
SN-nin həkimi beyin fəaliyyətini təhdid edən sarılığın təhlükəli nəticələrindən danışır
02 Dekabr 2025 10:09
Yenidoğulmuşun sarılığında "gizli" risklər ultrasəs və MRT ilə necə aşkarlanır?
01 Dekabr 2025 13:35
Ötən ay zəhərlənmədən ölənlərin sayı açıqlandı
01 Dekabr 2025 10:03


Bakı -°C

