Şirindil Alışanlının yubiley tədbiri keçirilib

Azərbaycan Yazıçılar Birliyində Filologiya üzrə elmlər doktoruŞirindil Alışanlının 70 illik yubileyi qeyd olunub.
Tədbiri Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar açıq elan edib. O, yubliyarın yaradıcılığından, elmi fəaliyyətindən söhbət açıb. Onun yaradıcılığında ilk məqalələrinə diqqət yetirib. Xalq yazıçısı Anar daha sonra sözü Xalq yazıçısı Elçinə verib. Elçin çıxışında yubliyarın elmi fəaliyyəti ilə bağlı geniş mühazirə oxuyub. Yubliyarın ədəbi mövqeyi Xalq yazıçısı Elçinin nəzərindən yayınmayıb.
Sonra digər tanınmış elm xadimlərinin Şirindil Alışanlı haqda söylədiyi fikirləri səsələndirib.
Millət vəkili, AMEA-nın prezidenti İsa Həbibbəyli ədəbiyyat institutunun və AYB-in birgə əlaqələrinin sağlam məcrada inkişaf etməsinin tərəfdarı olduğunu qeyd edib: “ Bu qarşılıqlı əlaqədən həm ədəbiyyatşünaslıq elmi, həm də Yazıçılar Birliyi uğur qazana biləcəyini düşünürəm. Hesab edirəm ki, bu əlaqələr ədəbiyyat elminin inkişafına öz töhfələrini verəcək. Bununla yanaşı, ədəbi proseslərin inkişafında da öz əksini tapacaq. Mən də öz növbəmdə Şirindil Alışanlını təbrik edirəm. Hesab edirəm ki, Şirindil Alışanlı o miqyasda elm adamlarındandır ki, AYB ilə AMEA arasında möhkəm və etibarlı körpülər qurmağa onun əsərləri, fəaliyyəti tam əsas verir. O, eyni zamanda ayrı- ayrı elm adamları ilə ədəbiyyatşünaslıq elmi arasında çox qabliyyətli bir ötürücüdür. Azərbaycan ədəbiyyatının son 50 ildəki yaradıcıları haqqında yazıb nəşr etdirdiyi əsərlər, ədbəiyyatşünaslıq elminə mislsiz töhfədir”.
Filologiya elmləri doktoru,Əməkdar Elm Xadimi Qəzənfər Paşayev yubliyarın yaradıcılığı haqda geniş məlumat verib. Şirindil Alışanlı ilə tanışlıq tarixçəsini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Şirindil Alışanlının elm adamlarına layiqincə dəyər verməyi Professor Qəzənfər Paşayevin diqqətindən yayınmayıb.
Tənqidçi Tehran Əlişanoğlu da yubliyarı təbrik edərək, onun elmi fəaliyyətindən söz açıb. “ Şirindil Alışanlı nəzəriyyəçi, tənqidçi və alim kimi Azərbaycan Ədəbiyyatında əsas xidmətləri olan şəxsiyyətdir. Bu tədbirin əsas mahiyyəti isə mənalı bir ömrün səhifələrini göz önündə canlandırmaqdır. Şirindil müəllim, ədəbiyyatşünaslıq elminin sütunlarından biridir. O, yalnız ədəbiyyat institutunun əsas- aparacı şöbəsinə rəhbərlik etmir, həm də elm adamlarının, gənc nəzəriyyəçilərin inkişafında xüsusi əməyi var”.
Tədbirdə İlqar Fəhmi, Əsəd Cahangir, Nəriman Həsənzadə, İlham Rəhimov, İntiqam Qasımov, Ələmdar Cabbarlı, Vaqif Yusifli, Günlar Səma və digər tanınmış ədəbiyyat nümayəndələri iştirak edib.
Əntiqə Kərimzadə
Digər Xəbərlər
29 Oktyabr 2025 10:38 “Dini insanlara sevdirən cəhənnəmin var olması inancıdır”
29 Oktyabr 2025 08:01 Şəlalə Camal: Gəl, hisslərimə ad qoy...
28 Oktyabr 2025 12:13 Rəvanın otağı – susan divarların danışdığı qəhrəmanlıq dastanı
27 Oktyabr 2025 08:44 Zəka Vilayətoğlu – Yaradıcılığın Yeni Zirvəsində
25 Oktyabr 2025 13:42 Sərhat Kabaklı imzası, şeirləri və şeirlərin pozitiv aurası
24 Oktyabr 2025 10:13 "Kremlin hazırladığı kompleks plan üzrə hərəkət artıq başlayıb"
23 Oktyabr 2025 10:10 Türk və Azərbaycan qadın yazarlarının ortaq antologiyası işıq üzü gördü
23 Oktyabr 2025 09:46 

Bakı -°C 







