adalet.az header logo
  • Bakı 33°C
  • USD 1.7
30 Iyun 2022 12:51
664
MARAQLI

Sirli şəkildə yox olan sivilizasiyalar…

Dünya tarixində əsrlər əvvəl var olan daha sonra tamamilə məhv olan sivilizasiyalar çox olub. Bu sivilizasiyalar bəzən fəlakətlərdən bəzən isə fərqli səbəblərdən yer üzündən tamam siliniblər. Bu sizə sirli və müəmmalı şəkildə yox olan sivilizasiyalardan danışmaq istərdim. Bu sahədə bir çox alimlər araşdırmalar etsələr də sonucda konkret nəticələr əldə edə bilməyiblər. Belə sivilizasiyalardan biri də Omleklər adlanır. Omleklər ilk mezo amerika cəmiyyətlərindən biridir. Olmeklər Meksikanın cənub- mərkəzinin tropik düzənliklərində yaşayırdılar. Olmeklər haqqında ilk məlumatlar San-Lorenso şəhərində tapılıb.Olmeklər məharətli inşaatçılar idilər. Əhəmiyyətlə hər yerdə təntənəli saraylar, kurqanlar, konusvari ehramlar və daş abidələr, həmçinin nəhəng baş abidəsi yerləşirdi. Olmek sivilizasiyası həm müxtəlif olmek regionları, həm də digər mezo- amerika milliyyətləri arasında olan ticarətdən asılı idi. Öz dövrünün ilk və inkişaf etmiş mezo mədəniyyətlərindən biri olan olmeklər adətən dgər mezo-amerika xalqlarının əcdadı hesab edilirlər. B. e. ə. 400-cü ildə olmek torpaqlarının şərq hissəsi çox güman ki, ətraf mühitin dəyişilməsi səbəbindən boşalmışdır. Həmçinin burada vulkanik fəallıq olduğu üçün də insanlar buradan köçə bilərdilər. Digər məşhur nəzəriyyə onların işğal olunduğunu iddia edir. Lakin heç kəs işğalçının kim olduğunu deyə bilmir.

Daha bir sivilizasiyaNabateylərdi. Onlar indiki İordaniyanın, İsrailin, Suriyanın və Səudiyyə Ərəbistanın ərazilərində məskunlaşmış semit qəbiləsinin bir qrupudurlar. Bu qəbilə ən çox öz paytaxtları Petra şəhəri ilə məşhurdular. Petra möcüzəvi bir şəhərdir. Nabateylərin sərvəti onların torpaqlarının ərazisindən keçən çoxsaylı ticarət yollarının sayəsində yaranıb.Nabateylər fil sümüklərini, ipək, ədviyyatlar, qiymətli metallar, qiyməti daşlar və dərmanlar satırdılar. Nabatey mədəniyyətinə Yunanıstan, Roma, Araviya və Asiriya təsir göstərmişdi. O dövrün digər mədəniyyətlərindən fərqli olaraq, Nabatey çarlığında qullar yox idi və cəmiyyətin hər bir üzvü ümumi mənfəətə öz yatırımlarını edirdi. Bizim eramızın 4-cü əsirində nabateylər Petranı tərk edirlər və heç kəs bunun səbəbini bilmir. Arxeoloji tapıntılar onların köçünün yaxşı təşkil olunduğunu göstərir. Bu isə nabateylərin könüllü şəkildə köçdüklərini sübut edir. Ən məntiqli səbəb ticarət yollarının şimala köçürüldükdən sonra nabateylər daha burada yaşaya bilmədikləri və Petranı tərk etdikləridir.

Başqa bir sivilizasiya isəAksum çarlığıdır. Aksumların tarixieramızın 1-ci əsrindən indiki Efiopiyanın ərazisində başlayıb. Aksum fil sümüyünü, kənd təsərrüfatı məhsullarını və qızılı Roma imperiyasına və Hindistana ixrac edən əsas ticarət mərkəzi idi. Bunun sayəsində akumistlər çox zəngin bir xalq və öz sikkə sistemi olan ilk Afrika mədəniyyəti olurlar. Yerli əfsanəyə əsasən, yahudi kraliçası Yudif Aksum çarlığını işğal edir və onun kilsələrini və kitabxanalarını yandırır.

Digər nəzəriyyələrə əsasən, sivilizasiyanın yer üzündən silinməsinin səbəbi iqlim dəyişilikləri, ticari təcridləşmə və aclıq olub.

Yox olan sivilizasiyalardan biri də Mikenlərdir.Mikenlər b. e. ə. 1600-cü ildə cənubi Yunanıstanda əmələ gəliblər. Bir çox qədim yunan əfsanələrində Mikenlər haqqında, həmçinin Troya müharibəsi zamanı yunanlara başçılıq etmiş Aqamemnon çarı haqqında bəhs edilir. Mikenlər yaxşı dəniz gücünə malik idilər və onlar öz donanmalarını digər ölkələrlə ticarət üçün, həmçinin müharibə məqsədləri ilə istifadə edirdilər. Burada təbii sərvətlər az olduğu üçün mikenlər bir çox malları idxal edirdilər, onların üzərində işləyərək həmin malları satırdılar. Beləliklə, mikenlər məharətli usta kimi məşhur olublar.Heç kəs mikenlərin necə yox olduqlarını bilmir. Lakin bir nəzəriyyəyə əsasən, bu müxtəlif siniflərin toqquşması nəticəsində baş verib. Digər nəzəriyyələr ticarətin dayanmasına, zəlzələyə, həmçinin şimaldan dorların və yaxud Dəniz xalqınınmikenlərin ərazilərinə daxil olmalarına asaslanır.

 

HAZIRLADI :BÜNYAMİN BÜNYADZADƏ