Şirvanda kişi kömək etdiyi qadını soydu - ANBAAN VİDEO
Şirvanda yaşlı qadının pulunu oğurlayıblar.
Adalet.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən bankomatlardan birinin qarşısında baş verib.
Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Videoda yaşlı qadının bankomatdan pul çıxararkən yardım aldığı şəxs tərəfindən aldadıldığı görünür. İddialara görə, kimliyi məlum olmayan şəxs qadına kömək etmək adı ilə onun kartından pulu çıxarıb və pulları götürərək ərazidən uzaqlaşıb. Qadın onun arxasınca qaçsa da, kişi ərazidən sürətlə uzaqlaşıb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Şirvan regional qrupunun baş inspektoru, baş leytenant Nizam Həmidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinə müraciət daxil olub.
O bildirib ki, sentyabrın 6-da Şirvan şəhər sakini olan bir qadın “102” xidmətinə, daha sonra isə Şirvan Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edib:
“O, şəhər ərazisində yerləşən bankomatların birindən pul çəkərkən zaman tanımadığı bir şəxsdən kömək istədiyini, lakin sonuncunun kartdan pul çəkdikdən sonra həmin ərazidən uzaqlaşdığını və ona məxsus 200 manat pulu soyğunçuluq yolu ilə ələ keçirdiyini bildirib.
Daxil olan müraciətlə bağlı hazırda Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır. Hadisəni törədən şəxsin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir”.
Digər Xəbərlər
22 Dekabr 2025 10:13
Cinayətdə şübhəli bilinən 55 nəfər saxlanıldı
20 Dekabr 2025 16:00
14 yaşlı qıza qeyri-etik hərəkətlər edənlər HƏBS OLUNDU
19 Dekabr 2025 12:19
Ticarət mərkəzində pirotexniki vasitələr satılan anbar aşkarlanıb - VİDEO
19 Dekabr 2025 11:49
Narkotikin təsiri altında maşın sürən şəxs tutulub
19 Dekabr 2025 11:47
Bu il narkotiklə bağlı 441 cinayət faktı aşkarlanıb
19 Dekabr 2025 10:18
Cinayətdə şübhəli bilinən 36 nəfər saxlanıldı
19 Dekabr 2025 09:59
“Dedi ki, barışmaq istəyirəm uşaqlarım tək qalıb” - Qusardakı qətlin detalları + VİDEO
18 Dekabr 2025 18:29


Bakı -°C

