16 Aprel 2025 08:50
83
AVTOMABİL

Sıxlıq olan yolların SİYAHISI

Bakının bir sıra yollarında yağış səbəbi ilə nəqliyyat sıxlığı yaranıb.

Adalet.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda yollardakı vəziyyət:

 1. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

 2. “20 Yanvar” dairəsində;

 3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

 4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

 5. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

 6. Babək prospekti, mərkəz istiqamətində;

 7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 8. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.