"Siyasətdə 50 il geridə qoydum, Allah ömür versə..." - Ərdoğan
"Qardaşlığımız yenidən məna qazanır, gücümüz artır, tarix yenidən yazılır, yol açılır, "Böyük Türkiyə Cümhuriyyəti" gəlir".
Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirdə bildirib.
"Tayyib Ərdoğan olaraq siyasətdə 50 il geridə qoydum. Allah mənə ömür və sağlamlıq versə, daha uzun illər Türkiyəyə xidmət etməyə davam edəcəyəm.
Sevimli millətimin duaları və dəstəyi ilə, Allah qoysa, bu ölkəyə sevgi ilə çalışmağa davam edəcəyəm. Bu can bu bədəndə olduğu müddətcə bu sevgi heç vaxt bitməyəcək.
Dilləri səlis bilən, dünyanı yaxşı başa düşən, tarixlərini anlayan, imanlı və vətənpərvər bir gənc nəsil gəlir. Ən böyük uğurum bu nəslin böyüyəcəyi mühit yaratmaq olub", - deyə Türkiyə Prezidenti qeyd edib.
Digər Xəbərlər
21 Sentyabr 2026 23:57
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
21 Sentyabr 2026 23:54
“Başqa vətən arzulamağa ehtiyac yoxdur” - Paşinyan
21 Sentyabr 2026 19:52
Özbəkistan Naxçıvan üzərindən Türkiyə limanlarına çıxmaq istəyir
21 Sentyabr 2026 19:26


Bakı -°C

